Mədəni 16.06.2019 09:43

VII Muğam Televiziya Müsabiqəsi başa çatdı - FOTO

Üç ay müddətində həyəcan dolu anların yaşandığı VII Muğam Televiziya Müsabiqəsi başa çatıb.

Rakus.az xəbər verir ki, iyunun 15-də Heydər Əliyev Mərkəzində keçirilən final gecəsi 7 gənc iddiaçının dolğun ifası ilə yadda qalıb.

Bildirilib ki, gözəl mədəniyyət hadisəsi kimi yadda qalan Muğam Televiziya Müsabiqəsinin finalı ölkəmizin salnaməsinə qızıl həriflərlə yazılmış ictimai-siyasi hadisəni – Milli Qurtuluş Gününü bayram etdiyimiz tarixi məqama təsadüf edir.

Vurğulanıb ki, xalqımızın həmişə fəxr etdiyi, orijinal forma və məzmunu ilə seçilən muğam sənəti qərinələrdən keçərək müasir dövrümüzə çatıb. Mədəniyyətimizin nəinki Şərq aləmində, Avropada, bütün dünyada tanıdılmasına səbəb olub. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü, dəstəyi ilə milli-mənəvi dəyərlərimizin daşıyıcısı olan xalq sənət nümunələri UNESCO-nun mədəni irs siyahısına daxil edilib. Bu nümunələrdən biri də muğamdır. Heydər Əliyev Fondunun muğam sənəti ilə bağlı həyata keçirdiyi layihələr sırasında Muğam Televiziya Müsabiqəsi xüsusi yer tutur. 2005-ci ildən bu günə kimi ardıcıl olaraq iki ildən bir keçirilən müsabiqə muğam irsinin qorunub saxlanılmasına, gələcək nəsillərə ötürülməsinə, gənc istedadların aşkar edilməsinə xidmət edir. Heydər Əliyev Fondunun dəstəyi, AzTV-nin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin iştirakı ilə Mədəniyyət Fondunun layihəsi əsasında keçirilən müsabiqə əsl muğam marafonuna çevrilib.

Bildirilib ki, VII Muğam Televiziya Müsabiqəsinə 400 iştirakçı sənəd verib. Onlardan 20-si layihədə iştirak etmək hüququ qazanıb. İştirakçılardan iki nəfəri əslən iranlıdır. Müsabiqə hər həftənin 2-ci və 4-cü günlərində AzTV və “Mədəniyyət” kanallarında canlı olaraq yayımlanıb.

VII Muğam Televiziya Müsabiqəsinin final gecəsində 7 xanəndə – Vəliş Mirzəyev, Faiq Əkbərov, Rəvan Qaçayev, Zülfiyyə Cəbrayılzadə, Murad Rüstəmzadə, İlahə Rüstəmova və Xəyal Hüseynov ifalarını təqdim ediblər. Gecədə İmadəddin Nəsiminin qəzəlləri üstə muğam şöbələri və təsniflər səslənib.

Sonra münsiflər heyətinin üzvləri – Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Mənsum İbrahimov, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov və müsabiqənin icraçı direktoru, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi qalibləri müəyyənləşdirmək üçün məşvərət otağına dəvət olunublar.

Əvvəlcə müsabiqənin diplomantları təltif olunublar. İki gənc ifaçıya- Suma Tapdıqovaya və İran İslam Respublikasının təmsilçisi Hüseyn Səbaya müsabiqənin xüsusi mükafatı təqdim edilib.

Gənc xanəndələr İlahə Rüstəmova və Xəyal Hüseynov müsabiqədə birinci yeri qazanıb. Birinci yerlərin sahiblərinə milli geyim dəsti təqdim olunub.

İkinci yeri Murad Rüstəmzadə və Zülfiyyə Cəbrayılzadə, üçüncü yeri isə Vəliş Mirzəyev, Rəvan Qaçayev və Faiq Əkbərov tutublar.

Qaliblərə mükafatları münsiflər heyətinin üzvləri təqdim ediblər.

Qaliblərin mükafatlandırılmasından sonra çıxış edən müsabiqənin icraçı direktoru, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi muğam sənətinin inkişafına verdiyi yüksək dəstəyə görə Prezident İlham Əliyevə və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya münsiflər heyəti adından dərin təşəkkürünü bildirib.

Daha sonra qalib xanəndələr “Qarabağ şikəstəsi”ni ifa ediblər.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO