Viktor Yuşşenko həbs oluna bilər
Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko hakimiyyətdən sui-istifadə və dövlət mülkiyyətini mənimsəməkdə şübhəli bilinir.
Rakus.az xəbər verir ki, təhqiqatçılar Kiyev yaxınlığında yaşayış kompleksinin qanunsuz özəlləşdirildiyini deyirlər. Mezhıhirıa kompleksi Yuşenkonun baş naziri və xələfi Viktor Yanukoviçin iqamətgahı olub.
Baş prokurorluğun sözçüsü Larisa Sarhan iyunun 6-da bildirib ki, Yuşşenkoya poçtla və şəxsən informasiya verilib, o, “hakimiyyətdən sui-istifadə etməklə mülkiyyətin mənimsənilməsi, yaxud ələ keçirilməsi”ndə şübhəli bilinir.
2005-2010-cu illərdə prezident olmuş Yuşşenko 540 milyon qrivna (19,7 milyon dollar) dəyərində əmlakı qanunsuz özəlləşdirilməsinə kömək etdiyi bildirilir.
Yuşenko, yaxud onun vəkilləri ittihamlarla bağlı şərh verməyiblər.
Kiyev yaxınlığında dəbdəbəli iqamətgah olan Mezhıhirıa 2007-ci ildə özəlləşdirilib, o vaxtadək dövlət əmlakı olub. Onu 2010-cu il prezident postuna keçmiş Yanukoviçə yaxın biznesmen özəlləşdirib.
Xatırladaq ki, V.Yanukoviç 2014-cü ilin fevralında Avromaydan hadisələri zamanı ölkədən qalıb. O vaxtdan 350 hektarlıq kompleks ərazisi milli parka və muzeyə çevrilib.