Xain xəyanəti – izi itirilən Talın mahalı – ANONS - VİDEO
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində Əsgər İbrahimovun müəllifliyi ilə ermənilərin müxtəlif vasitələrlə yadlaşdırmağa çalışdığı tarixi torpaqlarımızdan biri – Talın mahalı haqqında süjet hazırlanıb.
Rakus.az xəbər verir ki, “Ermənilərin yadlaşdırmağa çalışdığı Talın mahalı” adlı süjetdə əsrlər boyu erməni millətçilərinin azərbaycanlılara qarşı məkrli planları ardıcıl, sistemli şəkildə həyata keçirildiyi, indiki Ermənistanın əhatə etdiyi, tarixən azərbaycanlılarının sıx şəkildə yaşadığı coğrafi məkanlar boşaldıldığı, adların dəyişdirildiyi, bəhanə və uydurmalarla yaddaşlardan silməyə cəhd göstərildiyi vurğulanır.
Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında avqustun 16-da saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.