Bakıda minlərlə insan Milli Məclisin qarşısındakı meydana toplaşıblar.
Rakus.az xəbər verir ki, insanların toplaşmasına məqsəd Azərbaycan-Ermənistan sərhədində baş verənlərlə bağlı cəbhəyə dəstəklərini nümayiş etdirməkdir.
Mitinqdə insanlar “Şəhidlər ölməz, vətən bölünməz” şüarını səsləndirirlər.
14 iyul saat 23:42
Bakıda Ermənistan silahlı bölmələrinin təxribatı nəticəsində şəhid olan Azərbaycan hərbi qulluqçularının xatirəsinə yürüş keçirilir.
Rakus.az xəbər verir ki, hazırda minlərlə Bakı sakini Azadlıq meydanından Parlament prospektində, Milli Məclisin qarşısına doğru irəliləyir.
Vətəndaşlar “Şəhidlər Ölməz, Vətən Bölünməz” şüarları səsləndirirlər.