Dünya 23.03.2020 03:34

Xameneyi ABŞ-ı riyakarlıqda ittiham etdi

İranda koronavirusa yoluxanların sayı 21 min 638-ə, ölənlərin sayı isə 1 685-ə çatıb.

Rakus.az xəbər verir ki, bunu İranın Səhiyyə nazirinin müavini Əlirza Rəisi Tehranda keçirdiyi brifinqdə söyləyib.

Onun sözlərinə görə, martın 22-də 1028 nəfərdə virus aşkarlanıb və onlar təcili olaraq karantinə alınıblar. Bununla yanaşı, xüsusi xəstəxanalarda müalicə alan 7913 nəfər sağalaraq evə buraxılıb və virusa təkrar yoluxma halları qeydə alınmayıb.

İranın Ali Rəhbəri Ayətullah Əli Xameneyi dövlət televiziyası ilə xalqa müraciətində əhaliyə tibb işçilərinin və koronovirusla mübarizə üçün yaradılan operativ qərargahın tövsiyələrinə ciddi şəkildə əməl etməyə çağırıb.

Ali Rəhbər ABŞ-ın İrana yardın etmək təklifinə də toxunub. O bildirib ki, ABŞ-ın İranı iqtisadi blokadada saxlaması ilə yardım təklif etməsi bir araya sığmır. İranın yardımdan imtina etməsinə gəlincə isə qeyd edib ki, ABŞ yardımı öz vətəndaşlarına etsin. Çünki ABŞ-da virusa yoluxanların və yardıma ehtiyacı olanların sayı İrandan daha çoxdur. Ali Rəhbər ABŞ-ın yardım təklifinə “Siz əvvəlcə öz dərdinizə çarə tapın” cavabını verərək, Ağ Ev administrasiyasını riyakarlıqda və yalan danışmaqda ittiham edib.

İranın Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələr isə rekord həddə antibiotik istehsal ediblər. Səhiyyə Nazirliyinin məlumatına görə, yoluxanların müalicəsi üçün istifadə edilən antibiotiklər İranda istehsal olunur. Müəssisələr adi vaxtlardan fərqli olaraq 2,5 dəfə çox antibiotik istehsal edib və xəstəxanalara veriblər.

Prezident Həsən Ruhani də televiziya ilə xalqa müraciət edib. O bildirib ki, ölkədə virusa yoluxma halları azalmaqdadır və bu, İran səhiyyəsinin virusun öhdəsindən gələcəyini deməyə əsas verir. Prezident bir daha əhaliyə imkan daxilində evdən çıxmamağı tövsiyə edib. Nəzərə çatdırıb ki, hökumət bu ağır günlərdə vətəndaşlara və iş adamlarına yardım edəcək. Artıq yardım haqqında proqram hazırdır. Əhalinin aztəminatlı təbəqəsi və virusun yayılmasından zərər çəkən iş adamlarına, həmçinin kiçik şirkətlərə dövlət maddi yardım göstəriləcək.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO