Xanəndələrin qohumunun ölümü ilə bağlı məlumat yayıldı – RƏSMİ
Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 24-də Yevlax rayonunda ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb.
Rakus.az xəbər verir ki, DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 24-də saat 9 radələrində Yevlax rayonunun Xanabad kəndi ərazisində Şəki rayon sakini M.Məmmədkərimovun idarə etdiyi “VAZ 2106” və Ağcabədi rayon sakini X.Şirinovun idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub.
Nəticədə M.Məmmədkərimovun sərnişinlərindən – atası Mövsüm hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Xatırladaq ki, qəzada ölən 1957-ci il təvəllüdlü Mövsüm Məmmədkərimov xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaların bacısının həyat yoldaşıdır. Daha əvvəllər həkim kimi çalışan Mövsüm Məmmədkərimov “Avromed” şirkətinin Mingəçevir filialının müdiri vəzifəsində işləyib.