Xəzərdə suyun səviyyəsi 13 sm aşağı düşdü
Xəzər dənizində suyun səviyyəsi 1995-ci ildən bəri ən aşağı səviyyəyə çatıb.
Rakus.az xəbər verir ki, bu, əsasən dəniz suyunun böyük hissəsini, təxminən, 22 faizini təmin edən Volqa çayında suyun səviyyəsinun son vaxtlar aşağı düşməsi ilə əlaqədardır.
Bildirilir ki, 2019-cu ildə suyun orta səviyyəsi 27,18 metr təşkil edib ki, bu da bir il əvvələ nisbətən 13 santimetr azdır.
İranın Xəzər dənizinin Araşdırılmasə və və Tədqiqatları Milli Mərkəzinin məlumatına görə, xüsusilə son illərdə Xəzər dənizinin səthində tempraturun artması tendensiyası da suyun səviyyəsinin aşağı düşməsinə təsir edən amillərdən biridir. 2019-cu ildə dənizin orta temperaturu 2018-ci illə müqayisədə 0,2 dərəcə artıb və uzunmüddətli orta səviyyədən 1 dərəcə yüksək olub.
Son iki ildə suyun tempraturunda baş verən dəyişikliklərin təhlili şimal hissəsindən başqa, Xəzər dənizinin bütün hissələrində suyun istiliyinin artdığını göstərir.