Mədəni 14.12.2024 21:41

“Xıdır Nəbi Novruzdan 40 gün qabaq bu evlərə gəlirdi” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Çillə günü süfrəyə nar qoyulmasının sirli mənası” adlı buraxılışda filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova Qərbi Azərbaycanda, Eləcə də Dərələyəz elində qışa hazırlıq, qovurma tədarükü, çillə vaxtı bişirilən yeməklərindən söz açır.

Bildirilir ki, Dərələyəz mahalının uzun soyuq qışa hazırlıq adətləri, qaydaları fərqli idi. Müxtəlif növ bitkilər qışı sağlam başa vurmaq üçün toplanırdı. Dərələyəz elinin qovurma tədarük ənənələri var idi. Şıppığaşı bu mahalın ən çox hazırlanan yeməyi olub.

Onun sözlərinə görə, Xıdır Nəbi Novruzdan 40 gün qabaq evlərə gəlirdi: “Çillə qarpızı kəsilərdi və onun simvolik mənası var idi. Çillə günü süfrəyə nar qoyulardı. Ərli qızın atası oğlan evinə müxtəlif hədiyyələr göndərirdi.

A.Cəfərova “Ev tökmə” mərasiminin gizli mənası, həmçinin çillə gecəsi qarpız kəsilməsi, qabığı ilə fala baxmaq adəti ilə bağlı maraqlı məqamlara aydınlıq gətirir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş dekabrın 14-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

 

 

 

XƏBƏR LENTİ
Mədəni / 14.12.2024 21:41
“Xıdır Nəbi Novruzdan 40 gün qabaq bu evlərə gəlirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 13.12.2024 22:53
“Ailə üzvlərimin bütün xatirələri Terp və Herher kəndləri ilə bağlı olub” - FOTO - VİDEO
Siyasi, Sosial / 13.12.2024 13:22
“Evimizin açarları hələ də bizdədir” – ANONS - VİDEO
Siyasi, Təhlil / 12.12.2024 22:00
“51 ölkə Qərbi Azərbaycana qayıdışla bağlı sənədi imzaladı” - FOTO - VİDEO
Gündəm / 12.12.2024 17:40
Dövlət və hökumət rəsmiləri ümummilli liderin xatirəsini yad edirlər – YENİLƏNİR - FOTO - VİDEO
Gündəm / 12.12.2024 17:00
Ulu Öndərlə bağlı arxivdən - FOTO
Siyasi, Təhlil / 12.12.2024 13:58
Zəngəzurda ermənilər Azərbaycan radiolarını dinləyir – ANONS - VİDEO
Gündəm / 12.12.2024 10:26
İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO - VİDEO
Gündəm / 12.12.2024 00:01
Ülu öndər Heydər Əliyevin anım günüdür
Elm və təhsil, Sosial / 11.12.2024 22:43
“Qıpçaqvəng kompleksində qıpçaq abidələrini dağıdıb, erməni kilsəsinə çeviriblər” - FOTO - VİDEO
Elm və təhsil, Sosial / 11.12.2024 13:37
“Qıpçaq ermənisi” anlayışı uydurmadır – ANONS - VİDEO
Elm və təhsil, Siyasi, Sosial / 10.12.2024 21:48
Ayıbasan, Ayıdərəsi, Ayılı xaraba, Aynazur, Aynaxlı, Ayrım – türk tarixinin izi - FOTO - VİDEO
Müsahibə, Video müsahibə / 10.12.2024 18:31
“Azərbaycan bütün Cənubi Qafqazda sülh və təhlükəsizlik yaradır” - VİDEO
Siyasi, Sosial / 10.12.2024 14:04
İran ermənilərinin Aynazur planı – ANONS - VİDEO
Müsahibə, Video müsahibə / 10.12.2024 13:16
İrəvan üçün ən yaxşı variant – ANONS - VİDEO
Müsahibə, Siyasi / 09.12.2024 22:45
“Mirzoyanın təklifi ilə Azərbaycanın üç kəndi Ermənistana verilib” - FOTO - VİDEO
Siyasi / 09.12.2024 10:59
Rizvan Nəbiyev: “Qərbi azərbaycanlılar qayıdışa çox ümidlidirlər” - FOTO - VİDEO
Elm və təhsil, Mədəni / 07.12.2024 22:38
Qərbi Azərbaycanda xəvçilik üsulu - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 06.12.2024 22:00
“Məktəbdə dərs deyirdim, yoldaşım gəldi ki, saqqallı ermənilər hamısı kəndə dolub” - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 06.12.2024 13:48
“Bir nəslin üç qaçqınlıq tarixi” – Zəhra Sadıqovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 05.12.2024 22:12
Bakı və İrəvan arasında dekabr danışıqlarında Qərbi Azərbaycan məsələsi - FOTO - VİDEO
Gündəm, Siyasi / 05.12.2024 17:31
Bakıda Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfransın ilk günü – YENİLƏNİB - FOTO
Siyasi / 05.12.2024 16:56
İbrahim Bayramov: “Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq”
Siyasi / 05.12.2024 14:10
İrəvanın götürəcəyi öhdəliklər – ANONS - VİDEO
Gündəm / 05.12.2024 09:24
İlham Əliyev Bakıda Qərbi Azərbaycana qayıdışla bağlı keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
Siyasi, Sosial / 05.12.2024 08:05
Deputatdan təklif: “Qərbi azərbaycanlı qaçqınlar “vətən qaçqını” adlandırılsın”