Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov dekabrın 9-da İran İslam Respublikasına səfər edəcək.
Rakus.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyinin rəsmi “Twitter”də məlumat paylaşılıb.
“Ceyhun Bayramov dekabrın 9-da İranın paytaxtı Tehrana səfər edəcək. Ceyhun Bayramov səfər çərçivəsində İran prezidenti Həsən Ruhani, parlamentin sədri Məhəmməd Baqir Qalibaf və Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilə görüşəcək”, – deyə qeyd edilib.