Dünya 05.11.2020 17:41

XİN Ermənistanın saxta xəbərlər yaymasına SƏRT reaksiya verdi

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyəti yanlış təqdim etmək məqsədilə Ermənistanın dövlət təbliğatı ənənəvi olaraq saxta xəbərlərin hazırlanması və yayılması ilə fəal şəkildə məşğul olur.

Rakus.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Qeyd edilib ki, bu qarayaxma kampaniyasının əsas məqsədi beynəlxalq ictimaiyyəti aldatmaq və beynəlxalq hüququn norma və prinsiplərinə, habelə BMT-nin Təhlükəsizlik Şurası daxil olmaqla, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq çoxsaylı qərarlara əsaslanan Azərbaycanın ədalətli mövqeyinə xələl gətirməkdən ibarətdir.

Bununla əlaqədar xatırladırıq ki, 30 ilə yaxın bir müddətdə Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququ, o cümlədən beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq, Azərbaycana qarşı silahlı təcavüz həyata keçirir. Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin işğalı doğma yurdundan qovulmuş 1 milyona yaxın azərbaycanlının etnik təmizlənməsi, işğal olunmuş ərazilərdə özəl və dövlət əmlakının mənimsənilməsi, bu ərazilərdə Azərbaycanın tarixi və mədəni irsinin məhv edilməsi, ələ keçirilmiş torpaqlarda təbii sərvətlərin və iqtisadi potensialının qeyri-qanuni istismarı və talan edilməsi, etnik ermənilərin bu ərazilərə qeyri-qanuni məskunlaşdırılması və qanunsuz infrastruktur dəyişikliklər ilə müşayiət olunur.

30 ilə yaxın siyasi həll prosesi, habelə Azərbaycanın bu prosesə sadiqliyindən sui-istifadə edən Ermənistan, bu torpaqların ilhaq edilməsi məqsədilə Azərbaycan ərazilərinin işğalı nəticələrini möhkəmləndirmək üçün ardıcıl addımlar atıb.

Qeyri-qanuni güc tətbiqi nəticəsində yaranmış status-kvonu rədd edən siyasi həllin əleyhinə olan, bu prosesə xələl gətirən təxribat xarakterli bəyanat və hərəkətlərə əl atan Ermənistan, Azərbaycanın bütün cəbhə boyu əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələri və hərbi mövqelərini atəşə tutmaqla 2020-ci il sentyabrın 27-də Azərbaycana qarşı genişmiqyaslı təcavüzə başladı. Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatı keçirməyə məcbur edildi.

Bu xüsusda, bir daha aşağıdakıları bildiririk:

Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü qorumaq, habelə öz vətəndaşlarının mühafizəsini və təhlükəsizliyini təmin etmək məqsədilə fəaliyyətini özünümüdafiə çərçivəsində və Azərbaycanın suveren ərazisində aparır;

Azərbaycan Silahlı Qüvvələrinin əks-həmlə əməliyyatı yalnız beynəlxalq humanitar hüquq çərçivəsində aparılır, eyni zamanda, Beynəlxalq Qızıl Xaç Komitəsi ilə sıx əməkdaşlıq həyata keçirilərək, beynəlxalq humanitar hüquq üzrə bütün öhdəliklərə ciddi riayət olunur;

Azərbaycan Respublikasının Silahlı Qüvvələri mülki şəxslərə, o cümlədən erməni əsilli Azərbaycan vətəndaşlarına qarşı mübarizə aparmır və işğal altındakı ərazilərdə mülki əhalini və mülki infrastrukturu hədəfə almır;

Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qadağan edilmiş heç bir silah və sursatın olmadığı üçün ondan istifadə edilə bilməz.

Vurğulayırıq ki, Ermənistan Azərbaycan ərazilərini işğal edərək beynəlxalq ictimaiyyətin tələblərini, ilk növbədə isə BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli dörd qətnaməsini (822, 853, 874 və 884) pozaraq, bu ərazilərdən çıxmaqdan imtina edir. Döyüş meydanında Azərbaycan Silahlı Qüvvələri tərəfindən aldığı ağır məğlubiyyətin əvəzini çıxmaq məqsədilə Azərbaycanın böyük mülki yaşayış məntəqələrini, o cümlədən, cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə, Bərdə və Tərtər kimi şəhərlərini ballistik və kasetli sursatlar da daxil olmaqla, ağır artilleriya və raketlərlə qəsdən hədəfə alaraq amansız terror taktikasına əl atıb.

Nəticədə, aralarında 10 uşaq və 27 qadın olmaqla 92 mülki şəxs həlak olub, həmçinin uşaqlar, qadınlar və qocalar da daxil olmaqla 404 mülki şəxs ağır yaralanıb. Tibbi və təhsil müəssisələri də daxil olmaqla, mülki infrastruktura, həmçinin vacib dövlət infrastrukturuna və xüsusi mülkiyyətə ciddi ziyan vurulub. Üç dəfə humanitar atəşkəsin elan edilməsi də Ermənistanın mülki şəxslərə qarşı terror hücumlarını dayandırmayıb.

Ermənistanın mülki əhaliyə və mülki infrastruktura qarşı hərbi cinayətlərə və insanlığa qarşı cinayətlərə bərabər olan bu qəddar hücumlarına dair faktlar Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Beynəlxalq Qırmızı Xaç Komitəsi, “Human Rights Watch”, “Amnesty International” kimi beynəlxalq qurumlar və strukturlar və xarici media nümayəndələri vasitəsilə də daxil olmaqla, beynəlxalq ictimaiyyətə təqdim edilib.

Xatırladırıq ki, yüksək səviyyəli Ermənistan rəsmilərinin açıq bəyanatlarına əsasın, hərbi əməliyyatlar başlayandan bəri Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan ermənilərin əksəriyyəti bu əraziləri tərk edərək, Ermənistana köçüblər. Azərbaycan tərəfi dəfələrlə ərazidə qalanlara hərbi obyektlərdən uzaq durmağa və hərbi əməliyyatlarda iştirak etməkdən çəkinməyə çağırışlar edib, çünki bu, onların mülki statusuna xələl gətirərək, onları döyüşçü statusuna çevirə bilər.

Bundan əlavə, qeyd etmək lazımdır ki, Ermənistanın Azərbaycan Silahlı Qüvvələrinə qarşı apardığı hərbi əməliyyatlarda muzdlulardan və xarici terrorçu döyüşçülərdən istifadə etdiyi, o cümlədən, müxtəlif beynəlxalq media mənbələri tərəfindən geniş sənədləşdirilib.

Ermənistan, hərbi cinayətləri və insanlığa qarşı cinayətləri meydana gətirən yuxarıda qeyd olunan qanunsuz əməllərini ört-basdır etmək üçün beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq məqsədi ilə həyasızcasına Azərbaycanı eyni ittihamla günahlandırır və bu məqsədlə kütləvi saxta xəbər kampaniyasını aparır.

Ermənistanın öz iddialarını əsaslandırmaq üçün təqdim etdiyi video və foto materiallarının peşəkar təhlili bunların hamısının əvvəlcədən hazırlanmış saxtalaşdırmalardan başqa bir şey olmadığını sübut edir.

Azərbaycan tərəfi Ermənistanın bu əsassız ittihamlarını bir daha qətiyyətlə rədd edir və beynəlxalq ictimaiyyətə müraciət edərək, Ermənistanın Azərbaycana qarşı qarayaxma kampaniyası ilə cinayətlərini ört-basdır etmək cəhdlərinə qarşı diqqətli olmalarını xahiş edir.

Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycan Respublikasının mövqeyi hər zaman ardıcıl olub və beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsaslanır. Azərbaycan həmişə onların həyata keçirilməsi üçün ATƏT-in Minsk qrupu formatında danışıqlara hazır olduğunu bildirib.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO