Dünya 16.10.2020 19:00

XİN: Milan Şəhər Şurasının separatçı rejimi tanıması təxribatdır

“Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindəki qeyri-qanuni oyuncaq rejimin Milan Şəhər Şurası tərəfindən “tanınması” ilə bağlı iddialar Ermənistan tərəfinin növbəti təxribatı və saxtakarlıqlara əsaslanan propaqandasının tərkib hissəsidir”.

Rakus.az xəbər verir ki, binu Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva İtaliyanın Milan Şəhər Şurasının ölkəmizin işğal olunmuş ərazilərindəki qondarma rejimi guya tanıması ilə bağlı KİV-in sualını cavablandırarkən deyib.

“Burada söhbət Milan şəhərində fəaliyyət göstərən Ermənistan fəxri konsulluğu və Milandakı erməni icmasının təşəbbüsü ilə Şəhər Şurası tərəfindən edilən müraciətdən gedir.

Bu xüsusda bildirmək istərdik ki, İtaliyada hər bir ərazi vahidinin yerli orqanının üzvləri mərkəzi hökumətə istənilən mövzuda müraciətlə çıxış edə bilər. Həmin müraciətlər heç bir hüquqi əsasa malik deyil və hüquqi nəticələr doğurmur. Eyni zamanda, İtaliya Respublikasının heç bir ərazi vahidinin “tanıma” kimi səlahiyyəti yoxdur. Erməni tərəfinin “tanıma” olaraq iddia etdiyi “müraciət” də bu qəbildəndir və heç bir hüquqi təbiətə malik olmamaqla yanaşı, hər hansı hüquqi nəticələr doğurmur.

İtaliya Respublikasının xarici siyasətini mərkəzi hökumət müəyyənləşdirir. İtaliya Respublikası Hökumətinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi birmənalıdır və bu mövqe 20 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikasının Baş naziri Cüzeppe Konte tərəfindən Roma şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsi haqqında Birgə Bəyannamə”də öz əksini tapmışdır.

Həmin Birgə Bəyannamədə İtaliya Respublikası Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmətini bir daha təsdiq etmiş və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin məhz həmin prinsiplər əsasında həll edilməsini dəstəkləmişdir”.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO