“Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə və xaricdəki Azərbaycan icmalarının üzvlərinə qarşı təhdid və hücumları qətiyyətlə pisləyirik”.
Rakus.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva özünün “Twitter” səhifısində yazıb.
“Bu cür qanunsuzluqlara görə təqsirkarlar cavab verəcəklər”, – o yazıb.