Xoca Əhməd Yasəvinin məqbərəsi bərpa olundu
Qazaxıstanın Türküstan vilayətində yerləşən türk ədəbiyyatının böyük sufi şairlərindən olan Xoca Əməd Yasəvinin qəbri üstündə ucaldılmış qədim məqbərənin üçillik bərpası başa çatıb.
Rakus.az xəbər verir ki, günbəzin tarixi görünüşü olduğu kimi qorunub saxlanılıb, havalandırma təbəqəsi təmir olunub və hazırda günbəzin altındakı səkkizguşəli hissəsində izolyasiya işləri tamamlanır. Tezliklə məqbərənin açılışı qeyd ediləcək və turistlərin ixtiyarına veriləcək.
Xoca Əhməd Yasəvinin məqbərəsinin bərpası UNESCO ilə razılaşdırılaraq həyata keçirilib.
Dünya şöhrətli mütəfəkkir Xoca Əməd Yasəvinin “Divani-hikmət” əsərinin əlyazması UNESCO-nun dünya yaddaşı
proqramı tərəfindən qorunub saxlanılır. Vəfatından 223 il sonra Teymurləng tərəfindən ucaldılmış məqbərəsi UNESCO-nun Dünya İrs Siyahısına daxildir.