Xose Bernardo bıçaqlandı
Bakının Pirallahı rayonunda bıçaqlanma hadisəsi baş verib.
Rakus.az xəbər verir ki, hadisə zamanı 1989-cu il təvəllüdlü Bernardo Xose Pabloviç tanıdığı şəxslər tərəfindən bıçaqlanıb.
Bıçaq yarası ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılan aparıcı ambulator müalicə üçün xəstəxanadan evə buraxılıb. Onun vəziyyəti qənaətbəxş olub.
X.Bernardo ilə birgə paytaxt sakini, 1988-ci il təvəllüdlü Rafael Hüseynov da bıçaq xəsarətləri alıb. R.Hüseynova çoxsaylı bıçaq xəsarətləri yetirilib və hazırda vəziyyəti ağır olduğundan 3 saylı Şəhər Klinik Xəstəxanasının Cərrahiyyə şöbəsində müalicəsini davam etdirir. Hər iki yaralının eyni hadisə zamanı bıçaqlandığı bildirilir.
Xatırladaq ki, Azərbaycan vətəndaşı olan Xose Bernardo uzun müddət televiziya proqramlarında, şou-proqramlarında aparıcılıq edib. Hadisənin hansı şəraitdə baş verdiyi isə hələlik məlum deyil.