Venesuela müxalifətinin lideri Xuan Quaydo yaşadığı evin polislər tərəfindən mühasirəyə alındığını bildirib.
Rakus.az xəbər verir ki, bu barədə siyasətçinin “Twitter” səhifəsində məlumat yayılıb.
Sosial şəbəkə səhifəsində paylaşılan açıqlamaya şərh yazan X.Quaydo evinin hüquq-mühafizə orqanları tərəfindən mühasirəyə alınmasına görə Venesuela Prezidenti Nikolas Maduronu ittiham edib.