Mədəni 01.07.2019 16:05

Yağışın rənglərini duyan xanım… – ABŞ-dan yazır

 

Dünyada yaşayan milyardlarla insandan biridir. Bəlkə də oxşar həyat tərzi olan milyonlarla bənzəri də vardır. Amma yazarların arasında özünəməxsus dəsti-xətti, bədii yaradıcılğı ilə fərqlənməyi bacaran tək-tək qələm adamlarındandır.
Qapalı xanımdır, yalqız qalmağı xoşlayır. Xəyallarında özünə bir aləm də qurub. Kövrək duyğuların baş qaldırıb poeziyaya çevrildiyi bu aləmdə insanları heyrətləndirən çox şeirlər doğulub. İndiyədək həmin şeirlərə neçə-neçə mahnılar bəstələnib, sözləri dillər əzbəridir…

Sevənləri yetərincədir. Üz-üzə gələndə xoş kəlmələr deyənləri də az olmayıb. “Görəndə sevindiyim adam”, “Varlığı ilə dünyanı maraqlı edən insan” kimi ifadələr yadında qalanlarıdır. Sadə, təvazökar, mehriban insandır. Təkəbbür hissi ruhuna yaddır. Adamlara xoş söz söyləməyə, onları sevindirməyə tələsir…

Deyir ki,- “Tanrı məndən heç nəyi əsirgəməyib: Qüsursuz görkəm, sağlamlıq, savad, istedad. Ziayalı ailədə dünyaya gəlmişəm. Günlərim xoş keçib. Amma nədənsə mübariz olmamaqda özümü suçlayıram. Bəzən özümə sual verirəm ki, niyə ədəbiyyatçı yox, fizik oldum. Axı valideynlərimin tövsiyəsi ilə bu ixtisasa yiyələnsəm də, sonradan ikinci ali təhsil alıb, ədəbiyyatçı ola bilərdim. Bəlkə də indi yaxşı bir yazıçı idim, yəqin ki, xeyli əsərlərim də var idi”…

Ədəbiyyatı çox sevir. Hələ də bu ixtisasa yiyələnmədiyindən təəssüflənir. Etiraf edir ki, ədəbiyyatçı olmadığından xoşbəxtliyi yarımçıqdır. “İnsanın sevdiyi ixtisasa yiyələnməsi və həmin ixtisas üzrə çalışması onun xoşbəxtliyidir”- söyləyir…

Yeniyetmə yaşlarından şeir yazır. Uzun illər mətbuatda çap olunsa da “Yağış yağır bu şəhərə” ilk şeirlər kitabı 1999-cu ildə “Gənclik” nəşriyyatında işıq üzü görüb. Yaratdığı poeziya nümunələri oxucuların zövqünü oxşadıqca, onu insanlara sevdirə bilib. Bu nümunələr, bəstəkarların da diqqətindən yan keçməyib. İİstedadlı bəstəkarımız Aygün Səmədzadə onun bir sıra şeirlərinə mahnılar bəstələyib. Və həmin mahnılar ona məşhurluq gətirib, ölkədə tanınan şairlərdəndir. Bəli, sözlərinə bəstələnmiş “Məktəb illəri”, “Bu dünyanı nağıl bilək”, ”Bakı haqqında nağıl”, ”Yada salma özünü” kimi mahnılar bu gün dillər əzbəridir…

Deyir ki,- “Payızın vurğunuyam. Bu fəsildə yarpaqlar rəngbərəng olur. Onlara tamaşa etməkdən yorulmuram. Yağış da həmçinin, çox sevdiyim təbiət hadisələrindəndir. Əslində yağış mənə bir rahatlıq gətirir. Yağış yağarkən dincəlirəm, yağışlı havada təbiət qoynunda gəzmək xoşuma gəlir. Mənim aləmimdə yağışın da öz rəngləri vardır. Baxanda şəffaf görünsə də, mən yağışı rəngləri ilə duyuram”…

Haqqında söhbət açdığım Kamalə Abiyeva Astara şəhərində müəllim ailəsində dünyaya gəlib. Uşaq olarkən ailəsi Bakıya köçüb. Orta təhsilini 52 nömrəli məktəbdə başa vurub. Sonra indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika fakültəsində ali təhsilə yiyələnib. 1980- ci ildən Bakının Yasamal rayonundakı 31 nömrəli tam orta məktəbdə müəllim işləyir. ”Qabaqcıl təhsil işçi”sidir. Pedaqoji fəaliyyətiylə yanaşı bədii yaradıcılıqla da məşğul olur. Beşdən çox kitabın müəllifidir…

Bəli, musiqi sərhəd tanımır. Ecazkar Azərbaycan musiqisinin qanadlarında Amerikaya gəlib çatan mahnılarımız arasında onun da sözlərinə bəstələnənləri az deyil. Daha doğrusu, burada yaşayan yüz minlərlə soydaşımızın böyük əksəriyyəti bu mahnıları sevə-sevə dinləyir.
Yeri gəlmişkən, on iki gündən sonra, iyulun 13-də yaradıcılığı ilə ürəklərdə yuva qurmuş Kəmalə xanımın doğum günüdür. Onu Amerika Birləşmiş Ştatlarından salamlayır, Ona möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO