Rusiyanın Novosibirsk şəhərində tələbə binanın dördüncü mərtəbəsinə qalxaraq, azyaşlı uşağı yanğından xilas edib.
Rakus.az xəbər verir ki, vilayət mərkəzində yerləşən binalardan birində yanğın baş verib.
Xilasedicilər 12 nəfəri binadan təxliyyə ediblər.
Bu zaman dördüncü mərtəbədə yanğın baş vermiş mənzildə üç nəfərlik ailə çıxılmaz vəziyyətdə qalıb.
Valideynləri balaca qızlarını pəncərədən xilasedici döşəyin üstünə atmaq istəyərkən birinci mərtəbədə yaşayan 23 yaşlı tələbə oğlan dördüncü mərtəbəyə qalxaraq uşağı qucağına götürüb və bir mərtəbə aşağı enib.
Sonra xilasedicilər eyvandan uşağı götürərək, başqa mənzilə aparıblar.
Ev tamamilə yansa da, xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb.