Dünya 19.10.2020 13:25

YAP Gəncədə törədilən terror aktı ilə bağlı müraciət ünvanladı

Yeni Azərbaycan Partiyası işğalçı erməni silahlı qüvvələri tərəfindən Gəncə şəhərində törədilən terror aktı ilə əlaqədar Avropa Xalqları Partiyasına, Mərkəzçi Demokrat İnternasionalına, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransına, İslam Əməkdaşlıq Təşkilatına, Avronest Parlament Assambleyasına, Milli Demokratiya İnstitutuna, İqtisadi Əməkdaşlıq Təşkilatına, Ərəb Dövlətləri Liqasına, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatına, Türkiyə Ədalət və İnkişaf Partiyasına, “Yedinaya Rossiya” Partiyasına, Çin Kommunist Partiyasına, Yaponiya Liberal-Demokrat Partiyasına və ümumilikdə 50-dən çox siyasi partiyalara və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.

Rakus.az xəbər verir ki, YAP-ın mətbuat xidmətinin məlumatına görə, müraciətdə bildirilir: “Məlumdur ki, 2020-ci il sentyabrın 27-də səhər saat 06-dan etibarən Ermənistanın hərbi qüvvələri 1994-cü ildən qüvvədə olan atəşkəs razılaşmasını kobud şəkildə pozaraq genişmiqyaslı hərbi əməliyyatlara başlamış, bütün təmas xətti boyunca Azərbaycanın mülki obyektlərini iriçaplı silahlardan və ballistik raketlərdən atəşə tutub. Sentyabrın 27-dən oktyabrın 17-dək Ermənistanın silahlı qüvvələri döyüş bölgələrindən kənarda yerləşən Gəncə və Mingəçevir şəhərlərini, Abşeron, Xızı, Bərdə, Beyləqan, Ağcabədi, Goranboy, Göygöl, Tərtər, Yevlax, Horadiz yaşayış məntəqələrini atəşə tutaraq qadın və uşaqlar daxil olmaqla, 70-ə qədər mülki şəxsi qətlə yetirib, 200-dən çox mülki şəxsi yaralayıblar. Yaralananlar içərisində qadın və uşağın olması diqqət çəkir. Bu hücumlar nəticəsində minlərlə şəxsi evə, eləcə də sosial infrastruktur obyektlərinə və yaşayış binasına ciddi zərər dəyib. Bundan əlavə, işğalçı Ermənistanın hərbi qüvvələri bölgə üçün böyük enerji və irriqasiya əhəmiyyəti daşıyan Mingəçevir Su Elektrik Stansiyasını, Avropanın enerji təhlükəsizliyinin əsasını təşkil edən və regionun iri strateji obyektləri sayılan Bakı-Tbilisi-Ərzurum qaz və Bakı-Tbilisi-Ceyhan neft boru xətlərini hədəf kimi seçərək raket hücumu həyata keçirib. Qeyd olunan şəhərlərə və digər yaşayış məntəqələrinə qarşı qadağan olunmuş “9N235”, həmçinin “M85” bombalarından və “Kaset Sursatlar haqqında” Konvensiyaya (CCM) uyğun olaraq 2008-ci ildə qadağan olunmuş sursatlardan istifadə edib.
Eyni zamanda, Ermənistan hərbi-siyasi hakimiyyəti tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə digər ölkələrdən muzdlu terrorçular gətirilərək dinc azərbaycanlı əhaliyə qarşı istifadə olunub. Onlar beynəlxalq humanitar hüququn ən elementar normalarına məhəl qoymayaraq, Azərbaycanın üzərində ağ bayraq qaldırılan tibbi maşınlarını atəşə tutub.
Yeni Azərbaycan Partiyası hesab edir ki, tərəfləri daim atəşkəsə çağıran beynəlxalq ictimaiyyət Ermənistanın beynəlxalq hüquqa və humanitar atəşkəs prinsiplərinə zidd olan bu əməllərinə münasibət bildirməlidir. Humanitar atəşkəs rejiminin qüvvəyə minməsindən cəmi bir neçə saat sonra Gəncə, Mingəçevir və digər yaşayış məntəqələrimizin hədəfə alınması, eləcə də Azərbaycan Silahlı Qüvvələrinə qarşı son hücumlar Ermənistanın beynəlxalq ictimaiyyətə hörmətsizliyinin, eləcə də bu ölkə rəhbərliyinin atəşkəs çağırışlarının riyakarlıqdan başqa bir şey olmadığının göstəricisidir.
Ona görə də Yeni Azərbaycan Partiyası olaraq beynəlxalq qurumları, o cümlədən tərəfdaş siyasi partiyaları və beynəlxalq siyasi partiya təşkilatlarını Ermənistanın humanitar atəşkəsi pozan əməllərini və dinc əhaliyə qarşı hücumlarını qəti şəkildə pisləməyə çağırırıq”.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO