Yaponiya-2020-ə bilet qeydiyyatı başladı
2020-ci ildə Tokioda keçiriləcək Olimpiadaya və Paralimpiya Yay Oyunlarına ilk biletlərin əldə edilməsi məqsədilə təşkil edilən xüsusi lotoreyada iştirak etmək üçün qeydiyyat başlayıb.
Rakus.az xəbər verir ki, bu barədə Oyunların Təşkilat Komitəsi məlumat yayıb.
Biletləri xüsusi lotoreya ilə əldə ediləcək. Lotoreyanın iştirakçıları oyunların saytından qeydiyyatdan keçməlidir və Yaponiyada yaşamalıdır. Qaliblər iyunun 20-də açıqlanacaq.
2019-cu ilin payızında isə biletlərin satışının ikinci turu başlayacaq. Həmin biletləri birinci turda müraciət edən, lakin qazana bilməyən şəxslər əldə edəcək. Biletlərin sərbəst satışına isə 2020-ci ilin yazında başlanılacaq.
Təşkilatçıların bildirdiyinə görə, tamaşaçılara çox da baha olmayan milyonlarla bilet təklif ediləcək. Biletlərin qiyməti 2500-8000 yen (təqribən 22-72 dollar) arasında olacağı bildirilir.
Xatırladaq ki, Olimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçiriləcək.