Yaponiya qanadlı RAKETLƏR buraxacaq - FOTO
Yaponiya uzaq cənub-qərb adalarının müdafiəsi üçün orta və böyük mənzilli qanadlı raketlər istehsal etməyi planlaşdırır.
Rakus.az xəbər verir ki, bu barədə Yaponiyanın müdafiə naziri Takeşi İvaya Tokioda keçirilən mətbuat konfransı zamanı məlumat verib.
O deyib ki, bir sıra xarici ölkələrin hərbi gəmiləri uzaq məsafəli hava hücumundan müdafiə sistemləri ilə təchiz edilib. Belə olan halda, ölkənin özünümüdafiə qüvvələrinin təhlükəsizliyini təmin etmək üçün yapon gəmilərinin də belə raketlərlə təchizatına ehtiyac var.
Nazir qanadlı raketlərin hazırlanmasına başlanıldıöını söyləyib.
Yaponiya Müdafiə Nazirliyinin rəhbəri onu da vurğulayıb ki, bu raketlər 2030-cu ildən istifadəyə qəbul ediləcək yeni model “F-2” qırıcı təyyarələri üçün nəzərdə tutulur.