Dünya 29.09.2019 02:23

Yaponiya və ABŞ ticarət müqaviləsi imzaladı

Nyu-Yorkda Yaponiya və ABŞ arasında ticarət müqaviləsi imzalanıb.

Rakus.az xəbər verir ki, Yaponiyanın Baş Naziri Şinzo Abe və ABŞ Prezidenti Donald Tramp müqaviləni təsdiq etdikdən sonra birgə bəyanat imzalayıblar.

Müqaviləni yüksək qiymətləndirən Ş.Abe deyib: “Müqavilə qüvvəyə mindikdən sonra, o şübhəsiz ki, ABŞ iqtisadiyyatına yapon investisiyalarının artırılmasına və ikitərəfli iqtisadi əlaqələri inkişaf etdirməyə imkan yaradacaq. Əminəm ki, müqavilə həm Yaponiya, həm də ABŞ üçün faydalı olacaq”.

ABŞ Prezidenti D.Tramp isə deyib: “Yaponiya tərəfi ABŞ-ın mal əti, donuz əti, buğda, pendir, qarğıdalı, şərab və digər məhsullarına tarifləri əhəmiyyətli dərəcədə azaldıb və ya tamamilə ləğv edib. Bu, ABŞ fermerləri, maldarları və əkinçiləri üçün böyük qələbədir, mənim üçün isə xüsusi əhəmiyyətə malikdir”.

Müqavilənin şərtlərinə görə, Yaponiya Trans-Sakit okean Tərəfdaşlığı müqaviləsində müəyyən edilmiş göstəriciləri aşmamaq şərti ilə öz bazarını ABŞ-ın kənd təsərrüfatı məhsulları üçün açır.

Yaponiya ABŞ-ın mal əti üçün gömrük rüsumunu indiki 38,5 faizdən 9 faizədək azaldacaq. ABŞ-ın donuz ətinə olan rüsumlar da azaldılacaq.

Tərəflər arasında əldə edilən razılaşmaya əsasən, yapon avtomobillərinə və ehtiyat hissələrinə tariflərin müəyyən olunması üçün danışıqlar davam etdiriləcək. Yaponiya tərəfi ABŞ-ın tariflərdən tam imtina etməsini istəyir.

İki ölkə liderlərinin imzaladığı bəyanatda isə deyilir ki, ABŞ Yaponiyadan ixrac edilən avtomobillərə əlavə tariflərin tətbiqini davam etdirməyəcək.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS