Yaponiya Yaxın Şərqə hərbçi göndərir
Yaponiya özünümüdafiə qüvvələrinin informasiya toplamaq və monitorinq aparmaq məqsədilə Yaxın Şərqə göndərilməsi imkanlarını araşdırır.
Rakus.az xəbər verir ki, bu barədə qərar Milli Təhlükəsizlik Şurasının oktyabrın 18-də keçirilən iclasında təsdiq olunub.
Bildirilir ki, bu zaman diqqət hərbi dəniz qüvvələrinin esmineslərinin və patrul təyyarələrinin regiona göndərilməsinə yönələcək.
Xatırladaq ki, ABŞ hökuməti İran ətrafında artan gərginliklə əlaqədar Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək məqsədilə beynəlxalq koalisiya yaradır.
Lakin Yaponiya hökuməti İranla uzunmüddətli dostluq əlaqələrini nəzərə alaraq, həmin qüvvələri koalisiyadan kənar göndərməyi planlaşdırır.
Qeyd edilir ki, özünümüdafiə qüvvələri yalnız qanun çərçivəsində vəziyyəti araşdırmaq məqsədilə regiona göndəriləcək.
Xarici İşlər Nazirliyinin məlumatına görə, həmin addım həm də yapon gəmilərinin təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək.