Dünya 12.10.2019 10:16

Yaponiyada 1600-dən çox reys ləğv olundu

Oktyabrın 12-də çox güclü “Hagibis” tufanının yaxınlaşması ilə əlaqədar Yaponiya aviaşirkətləri 1600-dən çox daxili reysi təxirə salıb.

Rakus.az xəbər verir ki, aviaşirkətlər əsasən “Narita” və “Haneda” aeroportlarından olan və bütün ölkə ərazisinə uçan reysləri müvəqqəti dayandırdıqlarını elan ediblər. Həmin aeroportlardan “All Nippon Airways” 558, “Japan Airlines” 540, “Skymark Airlines” 111, “Jetstar” 102, “Fuji Dream Airlines” 62, “AIRDO” 60, “Peach Aviation” 58, “Star Flyer” 57, “Solaseed Air” 48, “Japan Transocean Air” 17, “Spring Airlines Japan” 10, “AirAsia Japan” 8 və “Japan Air Commuter” isə 6 reysi təxirə saldığını elan edib.

Bundan əlavə, təxirə salmalar “All Nippon Airways” şirkətinin 131, “Japan Airlines” şirkətinin 92 beynəlxalq reysinə də tətbiq edilib.

Sənaye naziri İsşu Suqavara təşkil etdiyi mətbuat konfransında əhalini ehtiyatlı olmağa, ehtiyac yaranmayacağı təqdirdə evdən çıxmamağa çağırıb. Eyni zamanda, xəstəxanaların və su təchizatı idarələrinin rəhbərlərindən ehtiyat generatorları hazır vəziyyətdə saxlamaq tələb olunub.

Tufan bir çox marketlər şəbəkəsinin işinin dayanmasına da səbəb olub. Belə ki, “İto Yokado” marketlər şəbəkəsi Tokioda və digər prefekturalarda yerləşən 124 mağazasının oktyabrın 12-də işləməyəcəyini bəyan edib. Tanınmış “Aeon” və “Seiyu” kimi böyük marketlər şəbəkələri də qapılarını alıcıların üzünə bağlayıblar. Yerli əhalinin əsasən çörək və un məhsullarını, batareyaları, qablaşdırılmış suyu alması nəticəsində marketlərdə satış səviyyəsinin adi günlərlə müqayisədə dörd dəfədən çox artdığı bildirilir.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO