Yaponiyada 342 alpinist həlak olub və ya itkin düşüb
Yaponiyada 2018-ci ildə dağa qalxmağı sevən həvəskar idmançılarla bağlı rekord sayda müxtəlif hadisələr baş verib.
Rakus.az xəbər verir ki, Milli Polis İdarəsinin yaydığı məlumata görə, ötən il 3129 nəfər həvəskar alpinist müxtəlif hadisələrlə qarşılaşıb.
Bildirilir ki, bu, 2017-ci illə müqayisədə 18 nəfər çoxdur və həmin statistikanın aparılmağa başladığı 1961-ci ildən bəri ən yüksək göstəricidir.
Polisin bildirdiyinə görə, 60 və daha yuxarı yaşlı həvəskar alpinistlərlə baş verənlər ümumi sayın yarıdan çoxunu təşkil edir.
Bununla yanaşı, həlak olan və ya itkin düşən alpinistlərin sayı 12 nəfər azalaraq 342-yə bərabər olub.
Polis xəbərdarlıq edərək bildirib ki, dağa qalxmaq istəyənlər özləri ilə mütləq müvafiq avadanlıq götürməli və öz fiziki imkanlarını nəzərə almalıdırlar.