Yaponiyada düyü yığılacaq
Yaponiya İmperatoru sarayının İşlər idarəsi cari ilin payızında keçiriləcək yeni İmperator Naruhitonun taxta çıxması mərasimi üçün düyü yığılacaq iki prefekturanı müəyyənləşdirib.
Rakus.az xəbər verir ki, mayın 13-də İdarənin yüksək vəzifəli nümayəndələri Daycyosay və ya Böyük minnətdarlıq mərasimində istifadə olunacaq düyünün yetişdiriləcəyi yerin seçilməsi mərasimində – Sayden-Tentey-no-qi ayinində iştirak ediblər.
İdarənin əsas mərasim ustası “Yanaqibako” adlanan qutunu məbədin qarşısına qoyub. “Kiboku” adlanan və gələcəkdən xəbər verən ayin zamanı o, od üzərində tısbağa qınını isidib. Qının üzərində əmələ gələn çatlar nəticəsində Yuki üçün şərq regionları arasında Toçiqi prefekturası, Suki üçün isə qərb regionları arasında Kioto prefekturası seçilib.