Dünya 26.05.2020 16:00

Yaşar Əliyev Antonio Quterreşə məktub göndərdi

Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev “GUAM məkanında uzun sürən münaqişələr və beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün onların nəticələri” mövzusunda müzakirələr çərçivəsində BTM-nin Baş katibi Antonio Quterreşə məktub ünvanlayıb.

Rakus.az xəbər verir ki, məktubda martın 31-də Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən keçirilmiş qondarma “seçkilər”dən və bu qanunsuz fəaliyyətin beynəlxalq birlik tərəfindən kəskin pislənməsindən danışılır.

Müraciətdə deyilir ki, Ermənistan martın 31-də və aprelin 14-də Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ regionunda qanunsuz “seçkilər” keçirib. Qondarma “seçkilər” tamamilə qeyri-legirtimdir, çünki Azərbaycan ərazilərinin davam etməkdə olan hərbi işğalının və burada aparılmış etnik təmizləmənin nəticələrindən irəli gəlir. Bu isə Azərbaycan Respublikasının Konstitusiyasının və qanunvericiliyinin, habelə beynəlxalq hüququn norma və prinsiplərinin aşkar şəkildə pozulması deməkdir. Beynəlxalq birlik bir daha böyük səs çoxluğu ilə təsdiq edib ki, onun bu saxta “seçkilər”in nəticələrinin qəbuledilməzliyi, onların həqiqiliyinin kollektiv şəkildə rədd edilməsi və tanınmaması və deməli, heç bir təsir gücünün olmaması ilə bağlı mövqeyi ardıcıl və prinsipialdır.

Y.Əliyev qeyd edib ki, bununla əlaqədar, onun 2020-ci il 15 aprel tarixli (A / 74/805-S / 2020/301) məktubuna əlavə kimi beynəlxalq birliyin qeyri-legitim “seçkilər”lə bağlı mövqeyinin şərh olunduğu sənədin yenilənmiş versiyası qoşulub.

Məktubun sonunda deyilir: “Bu məktubun və ona qoşmanın – Təhlükəsizlik Şurası gündəliyinin və sənədinin 32, 37, 68, 70, 75 və 83-cü bəndləri üzrə Baş Assambleya sənədinin yayılmasına görə Sizə minnətdar olardım”.

Sonra Beynəlxalq və regional təşkilatların, o cümlədən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Avropa Şurasının, Avropa Parlamentinin, NATO-nun Qoşulmama Hərəkatının, Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilatın – GUAM-ın, ATƏT-in Minsk qrupunun, ATƏT-in Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının, Türkdilli Ölkələrin Parlament Assambleyasının, habelə bir çox ölkələrin, o cümlədən Avstraliya, Bosniya və Herseqovina, Kanada, Çin, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Almaniya, İran, İtaliya, Yaponiya, Latviya, Montereqro, Moldova, Norveç, Pakistan, Polşa, Rumıniya, Səufiyyə Ərəbistanı, İsveçrə, Türkiyə, Ukrayna, Böyük Britaniya və Birləşmiş Ştatların qondarma “seçkilər”in keçirilməsini pisləyən, habelə Azərbaycanın işğal edilmiş ərazisində qondarma qurumun və oyuncaq rejimin tanınmaması faktını təsdiq edən bəyanatlarının siyahısı BMT-nin Baş katibinə təqdim edilib.

XƏBƏR LENTİ
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO