P.İ.Baranov adına Mərkəzi Aviasiya Mühərrikqayırma İnstitutunun (MAMİ) baş direktoru Mixail Qordine elektrik enerjisi ilə işləyəcək təyyarələrin 2035-ci ilə qədər istehsal olunacağını bildirib.
Rakus.az xəbər verir ki, onun sözlərinə görə, əsasən “kiçik aviasiya”da istifadə olunacaq hava nəqliyyatı tamamilə elektrikli təyyarələrdə ənənəvi istilik mühərrikləri olmayacaq.
O deyib k, müxtəlif tədqiqatlar göstərir ki, 2035-2040-cı illərə qədər yalnız sərnişin tutumu 19 nəfərdən çox olmayan, məhdud uçuş məsafəli “kiçik aviasiya” təyyarə və helikopterləri tamamilə elektrikli olacaq:
“Həmçinin tutumu 4 nəfərdən çox olmayan “uçan taksilər” də tamamilə elektrik enerjisi ilə işləyəcək. Belə təyyarələrdə dartma yaratmaq üçün elektrik mühərriklərindən istifadə olunur. Belə güc qurğusu enerjini akkumlyatorlardan və ya yanacaq elementlərindən alır. Bu, zərərli tullantıların olmaması, habelə xidmət və etibarlılıq baxımından ideal sxemdir”.