Mədəni 09.06.2019 18:18

YENİLƏNDİ: Rəşid Behbudovun xatirəsinə konsert verildi - FOTO

İyunun 9-da Mahnı Teatrında Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı Rəşid Behbudovun xatirə günü münasibətilə konsert təşkil olunub.

Rakus.az xəbər verir ki, konsertdə Rəşid Behbudov adına 2 nömrəli musiqi məktəbinin ansamblı çıxış edib. Konsertdə yerli və xarici bəstəkarların əsərləri səsləndirilib. Vaqif Mustafazənin “Mart”, Azər Rzayevin “Qaytağı”, E.Qriqin “Şairin ürəyi”, R.Baijinin “Kovboyun hekayəsi”, Z.Binkinin “Kuba rəqsi”, Tofiq Quliyevin “Sevgi valsı”, O.Petersonun “Laurensiya valsı”, İ.Albenisin “Malaqenya” musiqi və rəqsləri tamaşaçıların marağına səbəb olub.

16:19

İyunun 9-da görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı Rəşid Behbudovun xatirə günü münasibətilə sənətkarın Fəxri xiyabandakı məzarı ziyarət olunub.

Rakus.az xəbər verir ki, anım mərasimində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının kollektivi, sənətkarın ailə üzvləri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Mərasimdə çıxış edən bəstəkar Sərdar Fərəcov bildirib ki, bu gün ən böyük vokal ustalarından biri olan Rəşid Behbudovun ölümündən 30 il keçir. Lakin bu illər ərzində günümüz demək olar ki, Rəhşid Behbudovsuz keçməyib. Çünki onun qoyduğu sənət ölməzdir. Dahi sənətkarın kino və teatr sahələrində, yaratdığı Mahnı Teatrında gördüyü işlər hələ də yaşayır. Bu gün də gənclər böyük Rəşidin işlərini məhəbbətlə davam etdirirlər. “Əlbəttə, böyük sənətkarlar həyatdan gedəndə böyük təəssüf hissi keçiririk. Onların yeri dolmur, onlar əvəz olunmur. Ancaq bir həqiqət də var ki, hər bir böyük sənətkar bir günəş kimidir və neçə-neçə gənclər onun işığına boylanır”, – deyə S.Fərəcov vurğulayıb.

Teatrın solisti, Xalq artisti Gülyanaq Məmmədova R.Behbudovun böyük sənətinin davamçılarından biri olması ilə fəxr etdiyini bildirərək deyib: “Bu böyük sənətkarın ifa etdiyi mahnıları repertuarımda həmişə yenidən canlandırmağa çalışıram. Ölkəmizdə və xaricdə Rəşid Behbudov sənətinin pərəstişkarları onun mahnılarını rəğbətlə qarşılayırlar”.

Rəşid Behbudov Fondunun rəhbəri Kamil Şahverdiyev qeyd edib ki, “Youtube”də Rəşid Behbudov kanalı açılıb. Orada onun mahnıları yer alır. Bu kanal qısa bir zamanda 51 ölkədə populyarlaşıb.

K.Şahverdiyev onu da vurğulayıb ki, Amerika Federal Poçt Xidməti tərəfindən Rəşid Behbudovun və Üzeyir Hacıbəylinin şərəfinə poçt markaları buraxılıb. Bu, onu göstərir ki, bu dahi insanlar Azərbaycanı bu gün də təbliğ edirlər.

Sonda R.Behbudovun məzarı üzərinə qərənfillər düzülüb və əklil qoyulub.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO