Yerevanın mərkəzində Avrasiya İqtisadi İttifaqı sammitinin reallaşmasına və Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfərinə etiraz olaraq aksiya keçirilib.
Rakus.az xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.
Bildirilir ki, aksiyanın təşəbbüskarı Ermənistanın rəsmi dövlət qeydiyyatı olmayan Avropa Partiyasıdır.
Bu təşkilat Ermənistanın NATO-ya üzvlüyünün tərəfdarıdır.
Bir müddət sonra Rusiyanın Yerevandakı səfirliyi qarşısında da Rusiya və Avrasiya İqtisadi İttifaqı tərəfdarlarının aksiyası keçirilib.