Mədəni 02.12.2023 23:48

“Yolumuz Qərbi Azərbaycandır” adlı tədbir keçirilib - FOTO

Bu günlərdə Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsindəki 100 saylı tam orta məktəbdə olduqca maraqlı “Qarabağ Azərbaycandır! Yolumuz Qərbi Azərbaycandır!” adlı tədbir keçirilib.

Rakus.az xəbər verir ki, tədbirdə məktəbin kollektivi ilə birlikdə müxtəlif qeyri hökümət təşkilatlarının və ictimaiyyətin nümayəndələri də iştirak edirdi. Zalda bir tərəfdə Vəsilə xanım Əkbərovanın təşkil etdiyi “İrəvan mətbəxi” stolu, digər tərəfdə İradə xanım Rizazadənin gətirdiyi İrəvana aid foto şəkillər, şagirdlərin Qarabağın azad edilmiş rayonları haqqında hazırladıqları stend və səhnədə keçən əsrdə insanların istifadə etdikləri qədim əşyalar nümayiş olunurdu.

Tədbir Azərbaycan Respublikasının himni ilə başladı. Bütöv zal ürəkdən himnimizi oxudu. Sonra isə məktəbin şagirdləri hazırladıqları kompozisiyanı göstərməyə başladılar. Səhnədə milli geyimdə olan insanların dinc həyatı, onların gündəlik təsərrüfat işləri ilə məşğul olmaları, uşaqların dərs oxumaları maraqla izlənildi. Bu vaxt yağı düşmənin güllələrinin səsi eşidildi və həmin dinc sakinlərin hamısı öldürüldü. Səhnədə yerdə öldürülmüş günahsız dinc sakinlər göstərilir. Zalda hamının gözləri yaşarmışdı. Sonra isə şagirdlər növbə ilə əllərində 44 günlük və sonradan azad edilmiş şəhər və rayonlarımızın Cəbrayıl, Zəngilan, Fizuli, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Xankəndi adları yazılmış plakatlarda bu yerlər haqqında qısa statistik məlumat verdilər.

Hərbi geyimdə olan şagird isə yüksək səslə hərbi qaydada Ali Baş Komandana bu şəhərlərin və rayonların erməni işğalçılarından azad edilməsi haqqında raport verdi. Olduqca qürurverici bir səhnə idi. Səhndə balaca rəqqasın rəqsi, milli geyimdə olan şagirdlərin mahnı və şer ifaları hamımız tərəfindən alqışlarla qarşılandı. Əlində “Qərbi Azərbaycan” plakatı tutmuş məktəblilər Qərbi Azərbaycan haqqında, onun tarixi, coğrafiyası, oradan vəhşicəsinə qovularaq deportasiya edilən soydaşlarımız haqqında məlumat verdilər.

Sonda əslən İrəvan şəhərindən olan İradə xanım Rizazadə və Əli Vəliyev çıxış edərək bu tədbirin gənclərin tərbiyəsindəki əhəmiyyətindən, tariximizin unudulmamasından, düşmənlərə bilik və bacarıqları ilə cavab vermələrindən danışdılar. Onlar üçrəngli bayrağımızın tezliklə İrəvanda, Təbrizdə, Borçalıda, Dərbənddə dalğalanacağına inandıqlarını bildirdilər. İradə xanım müəllifi olduğu “İrəvan” foto albomunu məktəbin direktoru Gülnarə müəlliməyə təqdim etdi. Tədbirdən xatirə şəkilləri çəkdirildi. Qonaqlar, müəllimlər və şagirdlər İrəvan mətbəxinin şirniyyatı ilə çay içdilər. Hamılıqla unudlmaz tarixi bir gün yaşadıq və bizə bu günü yaşadanlara dərin minnətdarlığımızı bildiririk.

Əli Vəliyev

 

 

XƏBƏR LENTİ
Mədəni, Sosial / 02.12.2023 23:48
“Yolumuz Qərbi Azərbaycandır” adlı tədbir keçirilib - FOTO
Mədəni / 02.12.2023 21:07
Göyçənin 1905-ci ildə yandırılan kəndi - FOTO - VİDEO
Gündəm, Mədəni / 01.12.2023 20:00
“1987-ci ildə məni ermənilər İrəvanda öz evimizə qeydiyyata salmadılar”
Gündəm, Maraqlı / 01.12.2023 13:32
“Qışda hokkey oynamaq üçün İrəvanda küçələri sulayardıq” – Tamerlan Əliyevin həyat hekayəsi – ANONS - VİDEO
Mətbuat / 01.12.2023 12:50
“Medianews.az” saytına yeni baş redaktor təyin edilib
Dünya / 30.11.2023 20:33
Qərbi Azərbaycana qayıdış qaçılmazdır – Ermənistanın iddiaları alt-üst oldu - FOTO - VİDEO
Siyasi, Təhlil / 30.11.2023 14:24
Ermənilərin “qaçqınlıq nağılı” – ANONS - VİDEO
Siyasi, Sosial / 29.11.2023 19:46
Ermənilərin Baranada saxtalaşdırma əməliyyatı - FOTO - VİDEO
Siyasi, Sosial / 29.11.2023 13:35
Barana niyə Noyemberyan və Tavuş oldu? – ANONS - VİDEO
Gündəm, Siyasi / 29.11.2023 11:45
Ermənistan UNESCO-nun müvafiq missiyasını qəbul etməlidir – BƏYANAT
Siyasi, Sosial / 29.11.2023 00:34
Ardanış kənd icmasına sədr seçilib - FOTO
Gündəm, Siyasi / 28.11.2023 20:00
Erməni ziyalısı: “Tüpürüm Ermənistana, bu reallığa, hər şeyə!” - FOTO - VİDEO
Müsahibə, Video müsahibə / 28.11.2023 19:14
“Qarabağ klanı erməni cəmiyyətində revanşizm toxumu səpir” – MÜSAHİBƏ - FOTO - VİDEO
Dünya, Təhlil / 28.11.2023 15:31
Konqresin yanlış mövqeyinin etirafı – Vaşinqtondan Bakıya telefon zəngi – TƏHLİL
Siyasi / 28.11.2023 14:26
Zəngəzur boyunca kəndlər boşaldılır – ANONS - VİDEO
Müsahibə / 28.11.2023 13:01
“Praqmatik ermənilər Azərbaycanla sülh yaratmağa çağırırlar” – ANONS - VİDEO
Müsahibə, Mətbuat / 27.11.2023 20:02
“Deportasiya olunan azərbaycanlıların Qarabağda məskunlaşmasına icazə vermədilər” – MÜSAHİBƏ - FOTO - VİDEO
Təhlil / 27.11.2023 16:25
Ermənistan Rusiya ilə müharibəyə hazırlaşır? – TƏHLİL
Hadisə, Mətbuat / 25.11.2023 19:05
Subatan – Bulaqlarda suyun çoxalmasının faciəsi - FOTO - VİDEO
Hadisə, Maraqlı, Sosial / 24.11.2023 20:15
“Ermənilər bizə türkes deyib 10 qəpiklik kökəni vermədilər”
Maraqlı, Sosial / 24.11.2023 13:43
“Atam dedi ki, apar məni Qaraqayada basdır” – “Həyat Hekayəsi” – ANONS
Siyasi / 23.11.2023 20:00
Azərbaycan bölünəcək Ermənistanda əsas pay sahiblərindən biri olacaq - FOTO - VİDEO
Elm və təhsil / 23.11.2023 18:37
ASKEF üzvlərinin Şimali Kipr Türk Cümhuriyyətinə səfəri – I YAZI - FOTO
Siyasi, Təhlil / 23.11.2023 14:46
Paşinyanın “Qərbi Azərbaycan”la bağlı məkrli planı – ANONS
Elm və təhsil, Mədəni / 23.11.2023 14:16
Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festivalı və “Qərbi Azərbaycana qayıdışa gedən yol” konqresi başlayıb - FOTO - VİDEO
Gündəm / 23.11.2023 12:06
Ardanış kənd icmasının ilk iclası keçirilib - FOTO