Dünya 14.09.2023 10:23

Yolunu azan Ermənistan – yalan və hiylə üzərində qurulan siyasət – TƏHLİL

Ermənistan hakimiyyəti yolayrıcındadır və bütün ölçüləri, nizam-tərəzini itirib, erməni diasporu, lobbisi və hökuməti dostu, düşməni, tərəfdaşı və müttəfiqini itirib. Onlar hələ də yarımçıq dövlət, vassal vəziyyətindən çıxa bilmir. Ötən gün keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarqsyanın liderlik etdiyi müxalifətin təmsilçisi sayılan “Ermənistan” parlament fraksiyasının deputatı Artur Xaçatryan bildirib ki, Rusiya ilə münasibətlərin korlanması ölkə üçün riskli addımdır:

“Hökumət bu faktı gizlətməyə çalışsa da, hər şeyin qaydasında olduğunu göstərsə də, Ermənistanla Rusiya arasında münasibətlər kifayət qədər gərgindir”. Onun sözlərinə görə, Moskva ilə münasibətlərdəki gərginlik İrəvanın xarici siyasət vektorunun dəyişməsinin nəticəsidir.

Ermənistanın hakim “Mülki Müqavilə” parlament fraksiyasından olan deputat Qaqik Melkonyan sentyabrın 11-də parlamentdə keçirdiyi brifinq zamanı bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanı məhvə sürükləmək istəyir: “Onun proqramında ermənilər üçün faydalı nə görmüsünüz? Rusiya həmişə bizim yerimizə düşünüb, qərar verib, hara getməyi, kimlə dostluq etməyi deyib”. Onun fikrincə, Ermənistan Avropa ölkələri, Hindistan, ABŞ, İranın timsalında özünə yeni dostlar axtarmalıdır. Deputat Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməyin mənasız olduğunu bildirib.

Ermənistan xarici siyasətdə kursunu müəyyənləşdirmədiyi halda Azərbaycanla şərti sərhəd ərazilərdə qoşun toplayır, ABŞ-la birgə hərbi təlimlər keçirir. ABŞ Dövlət Departamentinin nümayəndəsi Mettyu Miller brifinqdə deyib ki, onlar öz silahlı qüvvələrinin hazırlığını gücləndirmək məqsədilə tərəfdaşları, o cümlədən Ermənistanla adi hərbi təlimlər keçirirlər. O, Moskvanın bu təlimlərə sərt reaksiyasına cavab olaraq vurğulayıb ki, Rusiya təhlükəsizlik məsələləri ilə bağlı başqalarına məruzə oxuya bilər.
M.Millerin çıxışından belə aydın olur ki, Rusiyanın reaksiyasından asılı olmayaraq, ABŞ Ermənistanda nəzərdə tutduğu planları həyata keçirir. Vaşinqtonun belə davranışı rəsmi İrəvanda da müəyyən arxayınlıq yaradır. Onlar Rusiyanı əvəzləmək üçün yollar axtarır. Kremldən uzaqlaşmaq məqsədilə siyasi manevrlər edir, müxtəlif bəhanələri əsas götürərək açıqlamalar verirlər. Rusiya isə Ermənistandan əl çəkənə oxşamır. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda bildirib: “Ermənistan bizim müttəfiqimizdir. Biz Ermənistana da belə yanaşırıq”.

Bu ölkənin gələcəyi ilə bağlı qeyri-müəyyənlik var. Ermənistan cəmiyyəti yolunu azıb, çünki aldadılıb. Ona verilən vədlərin yalan və xülya olduğu özünü təsdiqləyir. Erməniləri havadarları aldadıb. Yalan, hiylə və tamah üzərində qurulan siyasətin davamı bundan yaxşı ola bilməzdi.

Rusiya və ABŞ-ın Cənubi Qafqazda toqquşan maraqları Ermənistanda daha aydın görünür. Bu da ermənilərə özlərinə yeni dost, arxa və havadar axtarmağa vadar edir. Çünki onlar heç vaxt sərbəst yaşamayıb, həmişə himayə altında olublar. Ermənistan cəmiyyəti də çaşqındır. Əvvəllər daha çox Rusiyanı istəyirdilər. İndi hara yön tutacaqları məlum deyil. Əslində ermənilərin qibləsi olmur. Onların yalnız havadarları olur. Himayədarlarının, sponsorlarının yerləşdiyi coğrafi cəhəti qiblə kimi təqdim etsək, o zaman deyə bilərik ki, Ermənistan qibləsini itirib. Bu vəziyyətdə olan Ermənistan region, xüsusilə Azərbaycan üçün təhlükə, təhdid mənbəyidir.
Sədrəddin Soltan – “Report”

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO