Mədəni 25.05.2019 10:58

“Youthvision-2019” müsabiqəsi keçirildi - FOTO

Mayın 24-də Bakıda, “Elektra Events Hall”da Gənclər və İdman Nazirliyi tərəfindən “Youthvision” beynəlxalq mahnı müsabiqəsi keçirilib.

Rakus.az xəbər verir ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və “Qızıl Qala Prodakşn” şirkətinin birgə təşkilatçılığı ilə “Həmişə gənc ol!” şüarı altında keçirilən müsabiqəyə 20 ölkədən 70-dən çox iştirakçı qatılıb. Müsabiqədə Azərbaycan, Almaniya, Qırğızıstan, Belarus, Çexiya, Gürcüstan, İtaliya, İran, Macarıstan, Özbəkistan, Portuqaliya, Qazaxıstan, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Uqanda, Ukrayna, Moldova, Litva və Monteneqrodan olan iştirakçılar yarışıblar. Azərbaycanı bu yarışda “Tələbə baharı” tələbələrin yaradıcılıq müsabiqəsinin pop-nominasiyasının qalibi olan Azərbaycan Turizm və Menecment Universitetinin III kurs tələbəsi Nadir Rüstəmli təmsil edib.

“Youthvision” beynəlxalq mahnı müsabiqəsinin məqsədi yaradıcı və istedadlı tələbələrin mədəni potensiallarının reallaşdırılması və onlar arasında beynəlxalq təcrübə mübadiləsinin həyata keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır. Müsabiqənin keçirilməsi ilə bağlı “youthvision.az” internet saytı fəaliyyət göstərir. İştirakçılar, münsiflər heyətinin üzvləri həmin sayt vasitəsilə qeydiyyatdan keçərək ifa ediləcək mahnıları təşkilat komitəsinə təqdim ediblər. Təşkilat Komitəsi tərəfindən seçilmiş ən yaxşı ifaçılara müvafiq dəvət məktubu göndərilib və onlara müsabiqədə iştirakları haqqında məlumat verilib. “Youhtvision”da iştirak hər bir ölkənin daxili qaydalarına əsasən keçirilmiş müsabiqənin nəticələrinə görə müəyyən edilir. Yarışda hər ölkə iştirakçı və münsiflər heyətinin üzvü qismində bir nəfərlə təmsil olunur.

Müsabiqədə hər ölkəni bir münsif təmsil edib. Münsiflər heyətinin üzvləri öz ölkələrinin təmsilçiləri istisna olmaqla digər iştirakçıların hər birinə 1, 2, 3, 4, 5, 6, 7, 8, 10, 12 bal verib. Ən yüksək bal toplayan iştirakçı müsabiqənin qalibi adını qazanıb.

Sonra çıxışlar olub, səsvermə yolu ilə qaliblər seçilib. Birinci yeri Ukrayna, ikinci yeri Azərbaycan, üçüncü yeri isə İtaliya təmsilçiləri tutublar. Müsabiqə qaliblərinə mükafatlar təqdim olunub.

Xatırladaq ki, 2013-2014-cü illərdə keçirilmiş “Univiziya” tələbələrin beynəlxalq mahnı müsabiqəsinin əhatə dairəsi 2016-cı ildən genişləndirilərək gəncləri də əhatə edib və “Youthvision” adlandırılıb. Ötən il keçirilən “Youthvision” III beynəlxalq mahnı müsabiqəsi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunub. Ötənilki müsabiqənin iştirakçıları tərəfindən səsləndirilən Azərbaycanın dövlət himninin videoçarxı sosial şəbəkələrdə nümayiş olunub və böyük maraqla qarşılanıb. Həmin müsabiqədə ilk üç yerə müvafiq olaraq Uqanda, Moldova və Belarus təmsilçisi layiq görülüblər.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO