Dünya 29.08.2019 02:23

YPG Suriya-Türkiyə sərhədindən çəkilir

Suriyanın kürd döyüşçülərinın bildirdiyinə görə, Birləşmiş Ştatlarla Türkiyə arasındakı razılaşmanın bir hissəsi olaraq, Suriya-Türkiyə sərhədi boyu ərazilərdən çəkilməyə başlayıb.

Rakus.az xəbər verir ki, Birləşmiş Ştatların dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin əsas hissəsini təşkil edən YPG kimi tanınan Xalqın Müdafiə Birləşmələri çərşənbə axşamı sazişin bir hissəsi olaraq, Suriyanın şimal-şərqində təhlükəsizlik zonasının yaradılması üçün ilk addımı atdığını elan edib.

“Türkiyə ilə sərhəd təhlükəsizliyi barədə üçtərəfli razılaşma çərçivəsində ilk addım bu ayın 24-də Raş Əl-Əyn şəhərində qum hasarlarının qaldırılması və YPG-nin bir dəstəsinin ağır silahlarla birlikdə geri çəkilməsi ilə həyata keçirildi. Yeni məntəqələr və sərhəd keşik nöqtələri yerli qüvvələrə təhvil verildi. Avqustun 26-da Tal-Abyadda eyni addımlar atıldı,” – YPG-nin regional idarəsinin müdafiə şöbəsinin həmsədri Zaidan Əl-Assi bildirib.

Türkiyə aylardır kürdlərin YPG qüvvələrini öz sərhədlərindən kənarlaşdırmağa çalışaraq, Suriyanın şimal-şərqində hərbi əməliyyatlar keçirməklə hədələyib.

Türkiyə YPG döyüşçülərini 30 ildir Türkiyə hərbi qüvvələri ilə ölkə ərazisində münaqişə aparan Kürdüstan Fəhlə Partiyası – PKK-nin bir hissəsi olaraq görür. Ankara və Vaşinqton PKK-nı terror təşkilatı sayır.

Suriya Demokratik Qüvvələri Birləşmiş Ştatların İslam Dövləti ekstremist qrupuna qarşı mübarizəsində effektiv tərəfdaşı olub. Bu tərəfdarşlıq nəticəsində İŞİD militantları 2014-cü ildə İraq və Suriyada ələ keçirdikləri geniş ərazilərdən çıxarılıb.

Bu ayın əvvəli ABŞ və Türkiyə rəsmiləri Suriyanın şimalında təhlükəsizlik zonası yaradılmasına dair razılıq əldə edib. Bu ərazi Türkiə və Suriyadakı kürd döyüşçülər arasında bufer zonası rolunu oynayacaq.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO