Hadisə 22.04.2020 13:03

YPX əməkdaşı məsuliyyətə cəlb edildi - FOTO - VİDEO

Sosial şəbəkədə Baş Dövlət Yol Polis İdarəsinin (BDYPİ) Yol Patrul Xidməti (YPX) əməkdaşının yol hərəkəti qaydalarını pozduğu üçün cəzalandırıldığına dair rəsmi məktub paylaşılıb.

Rakus.az xəbər verir ki, qayda pozuntusu ilə bağlı vətəndaş Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə müraciət ünvanlayıb.

Rəsmi cavab məktubu vətəndaşın müraciətinə cavab olaraq, Baş Dövlət Yol Polis İdarəsindən göndərilib.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Oxu.Az-a açıqlamasında faktı təsdiqləyib:

“Sözügedən şikayət məktubu Sabunçu rayon Bakıxanov qəsəbəsi, S.Qocayev, məhəllə 4094 ərazisində yaşayan Dədəverdiyev Əsəd İntiqam oğlu tərəfindən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə ünvanlanıb. O, 99-YP-410 dövlət qeydiyyat nişanlı patrul avtomobilini idarə edən patrul əməkdaşının görüntülərini “YouTube” kanalına yerləşdirib. Görüntülərlə birlikdə idarəyə göndərdiyi məktuba baxılıb, araşdırma aparılıb və aidiyyəti üzrə vətəndaşa cavab verilib”.

V.Əsədov onu da əlavə edib ki, Əsəd Dədəverdiyev 2020-ci ilin ilk dörd ayı ərzində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə doqquz belə müraciət ünvanlayıb:

“Dədəverdiyev Əsəd İntiqam oğlu 2016-cı ildən bizə bu tipli müxtəlif müraciətlər ünvanlayır. Təkcə 2020-ci ildə onun ünvanlandığı doqquz bu tipli müraciət tərəfimizdən cavablandırılıb. 2019-cu ildə vətəndaşın bənzər daha yeddi müraciətinə baxılıb və cavablandırılıb. Sonuncu müraciət əsasında, onunla şəxsən əlaqə saxladım. Cavab məktubunun öz adının gizlədilməsi surətilə sosial şəbəkədə paylaşmasının səbəbini soruşdum. Vətəndaş cavab olaraq bizə öz hüquq və vəzifələrindən istifadə etdiyini bildirdi”.

Xatırladaq ki, cavab məktubunda yol hərəkəti qaydalarını pozan 99-YP-410 dövlət qeydiyyat nişanlı avtomobildə xidmət aparan YPX əməkdaşının aidiyyəti üzrə intizam məsuliyyətinə cəlb olunduğu bildirilib.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS