Mədəni 03.07.2019 14:47

Yubileyiniz mübarək, Şəfəq xanım!

 

İyulun 4-ü mərhum Ənvər Əlibəylinin qızı Şəfəq xanımın 70 yaşı tamam olur.

Həmyaşıdlarım kimi mən də 1952-ci ildən ömrünün sonunadək AzTv-nin sədri vəzifəsində çalışmış şair, tərcüməçi, ictimai xadim Ənvər Əlibəyliylə heç zaman üz-üzə gəlməmişəm. Gələ də bilməzdim. Axı o, 1968-ci ildə vəfat edəndə mənim cəmi iki yaşım var idi. Amma ağlım kəsəndən onun sözlərinə bəstələnmiş mahnıları sevərək dinləyənlərdən biri olmuşam. Yəqin ki, “Bəxtiyar”, “Qızmar günəş altında”, “Qara daşlar” və eləcə də bir sıra filmlərdəki mahnılar sizin də sevə-sevə dinlədiyiniz nəğmələr olub. Onun sözlərinə yazılan “Sevgilim” mahnısı bu gün də toy şənliklərimizə xüsusi rəng qatır. Bəli, rəhmətlik Ənvər Əlibəyli barəsində saatlarla danışmaq olar, amma məqsədim başqadır. Bu gün sizə onun yadigarı- qızı haqqında söhbət açmaq istəyirəm…

Deyir ki,- “Mən xoşbəxt insanlardanam. Çünki elə bir ailədə doğulmuşam ki, orada mənə insanlara məhəbbəti, sadəliyi öyrədiblər, etinasızlıqdan uzaq olmağı aşılayıblar”…

1949-cu ildə Bakı şəhərində dünyaya gəlib. Əvvəlcə 173 nömrəli məktəbdə oxusa da, üçüncü sinifdən 190 nömrəli məktəbdə orta təhsilini davam etdirib. Beşinci sinifdən fars dilini öyrənməyə başlayıb. Orta təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetinin şərqşünaslıq fakultəsinə qəbul olunub. Oranı “Lenin təqaüdü” ilə oxuyaraq, fərqlənmə diplomu ilə bitirib.
1971-1973-cü illərdə Əfaqanıstanda Kabil Politexnik İnstitutunda tərcüməçi işlələyib.
1973-cü ildə AMEA-nın Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsində elmi fəaliyyətə başlayıb.
1985-ci ildə Gürcüstan Dövlət Universitetində “Fars dilində antonimlərin struktur-semantik təsnifatı” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək ilk alimlik dərəcəsinə yiyələnib.
1989-cu ildə Azərbaycan KPMK nəzdində Marksizm-Leninizm Universitetinin Milli münasibətlər fakültəsinə daxil olub və 1990-cı ildə həmin fakültəni fərqləmə diplomu ilə bitirib.
1992-2007-ci illərdə Bakı İslam Universitetində fars dili və ədəbiyyatı fənnini tədris edib. Eyni zamanda 2004-cü ildən indiyədək AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin “Komparativistika və bədii tərcümə” şöbəsinə rəhbərlik edir.
2010-cu ildən filologiya elmləri doktorudur…

Deyir ki,- “Həzrət Əli əleyhissalamın gözəl bir kəlamı var: “Elm bağçası cənnət bağçasıdır”. Necə də gözəl deyib, həqiqətən də bu bağçaya girənlər xoşbəxtdirlər. Elm şövqü də Allah vergisidir. Bu yolu tutanlar daima kamilliyə doğru gedir”…

Haqqında söhbət açdığım Şəfəq xanım Əlibəyli bir başqa aləmdir. Sadə, təvəzökar və mehriban. Həqiqəti dilə gətirməkdən çəkinmir. Daxili dünyası olduqca zəngindir. Yüksək müşahidə qabiliyyəti olduğundan nə vaxt, nə etmək lazım gəldiyini yaxşı bilir. Kübar xanımdır, yüksək mədəniyyəti ilə ürəklərdə yuva qurmağı bacarır…

Bir neçə elmi kitabın müəllifidir. “Антонимы в персидском языке”, “Füzulinin farsca divanı: linqvo-poetik özəlliklər” və “Farsca-rusca-azərbaycanca müxtəsər lüğət” əsərləri ona məxsusdur…

Bəli, gənclik təravətini hələ də qoruyub saxlamağı bacaran bu nurlu xanımın iyulun 4-də 70 yaşı tamam olur, yubileyidir. Yəqin ki, bu əlamətdar tarixi doğmaları, əzizləri, sevənləri ilə birlikdə qeyd edəcək. Qoy, ürəkdən gələn bu kəlmələr uzaq Amerikada yaşayan bir soydaşından Şəfəq xanıma doğum günü münasibəti ilə söz ərmağanı olsun!
Yubileyiniz mübarək, Şəfəq xanım!

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO