Yunanıstanda 500-dən çox çimərlik açıldı
Yunanıstan COVID-19 pandemiyası səbəbilə tətbiq olunan məhdudiyyətləri yumşaltmağa başlayıb və nəticədə 500 çimərliyi ictimaiyyətə açıb.
Rakus.az xəbər verir ki, rəsmilərin bu addımı bu həftə sonu ölkədə istilik dalğasının yaşanacağı gözləndiyi vaxta təsadüf edib. Lakin bu tədbirin məqsədinin isti havadan savayı yay turizminə hazırlıq olaraq görülür.
Şənbə günü artıq ölkə boyu insanlar bir aylıq karantin rejimindən sonra çimərliklərdə günəş vannaları qəbul etməyə başlayıblar.
Lakin onlar biletli məkanlara daxil olanda yeni reallıqla üzləşiblər. Belə ki, çətirlər sosial məsafəni qorumaq üçün bir-birindən uzaq yerləşdirilib.
Barlarda isə spirtli içmək satmaq qadağan edilib ki, insanların sərhoş olmamaları təmin olunsun.
Çimərliklərə qaydaları pozanlara nəzarət etmək üçün onlarla bələdiyyə işçisi və polis səfərbər olunub. Biznes sahiblərinə 65 min dollaradək cərimələr tətbiq oluna bilər. Sosial məsafə qaydalarını pozan fərdi şəxslərə isə 1080 dollar cərimə tətbiq olunacaq.
Hökümətin sözçüsü Stelios Petsas deyib ki, insanların qaydalara əməl etmələrini təmin etmək üçün çimərliklərdə su idmanları və əyləncə tədbirləri qadağan olunub.
O deyib ki, bu, Yunanınstan üçün bir sınaqdır və ölkənin bu sınaqdan uğurlu və ya uğursuz çıxması hökümətin növbəti addımlarını müəyyən edəcək.
Ölkə iqtisadiyyatının 25 faizini turizm təşkil edir. Bundan əlavə ölkədə hər dörd iş yerindən biri turizm sahəsindədir.
Yunanıstanda COVID-19-a 3 min yoluxma halı qeydə alınıb, 155 nəfər həyatını itirib. Bu isə Avropa ölkələri arasında ən aşağı göstəricidir. Lakin yenidən açılma tədbirlərinə çox sayda məhdudiyyətlər tətbiq olunduğu üçün bəzi çimərliklərdəki bar sahibləri fəaliyyətlərini bərpa etmir.
Maddi baxımdan açılmağın heç bir mənası yoxdur. Bu məhdudiyyətlə həm də bu cür məkanların azad ruhuna ziddir Afinada bir bar sahibi bildirir.