Yuxulu sürücü avtomobilə və köşkə çırpıldı
Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Rakus.az xəbər verir ki, qəza Ə.Rəcəbli və Təbriz küçələrinin kəsişməsində qeydə alınıb.
Altay Turabov idarə etdiyi “Toyota” markalı avtomobillə Ə.Rəcəbli küçəsində yüksək sürətlə hərəkətdə olarkən anidən yuxulayıb.
Bu zaman avtomobil Təbriz küçəsində hərəkətsiz vəziyyətdə dayanan və taksi fəaliyyəti ilə məşğul olan Asiman adlı sürücüyə məxsus “Daewoo Gentra” markalı nəqliyyat vasitəsinə, daha sonra işıqfor və səkidə fəaliyyət göstərən kioska çırpılıb.
Hadisə zamanı işıqfor qırılıb, kioska isə ciddi ziyan dəyib. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillər deformasiyaya uğrayıb.
Əraziyə Nərimanov Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır. (apa.az)