Hadisə 23.12.2023 21:04

Zəngəzurda azərbaycanlıların ən geniş məskunlaşdığı Qafan rayonu - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında Zəngəzur  mahalının Qafan rayonu haqqında xüsusi veriliş hazırlanıb.

Rakus.az xəbər verir ki, verilişdə Qafanın etnoqrafiyası, etimologiyası, coğrafiyası, əhalisi, atət-ənənələri, mətbəxi, toyları, xalçaçılıq, bayram ənənələri, kənd təsərrügatı və digər sahələrindən geniş söhbət açılıb.

Bildirilib ki, Qafan rayon kimi indiki Ermənistan ərazisində 1930-1995-ci illərdə mövcud olub. Zəngəzurda azərbaycanlıların tarixən ən geniş məskunlaşdığı Qafan rayonunun adı dəyişdirilərək Kapan adlandırılıb. Zəngəzur Ermənistana verildikdən sonra Qafan rayonu inzibati ərazi kimi 1930-cu il sentyabrın 9-da təşkil olunub. Qafan rayonu Qubadlı, Qarakilsə, Gorus, Meğri, Ordubad və Zəngilan rayonları ilə həmsərhəddir. Ərazisi 1 345 kvadrat kilometr təşkil edir.

Etimologiyaya əsasən, Azərbaycanda Qaf dağının olması və bu dağın içərisində odlu Simurq quşunun yaşaması haqqında əfsanə və əsatirlər var. Qafqazın adının da buradan götürüldüyü güman edilir. Qafan sözü də “Qafın yerləşdiyi ərazi” anlamını verir. Qafan rayonu ərazisində Qaf dağı əslində hündürlüyü 3904 m olan Qapıcıq dağıdır.

Qeyd olunub ki, Qafan rayonu Zəngəzurun cənub hissəsində yerləşən, sıldırım qayalar, sərt uçurumlar, sıx meşələr, keçilməz çılpaq dağlar, bir-birini kəsib keçən dərin dərələr diyarıdır. Rayon ərazisi üç tərəfdən Bərgüşad, Zəngəzur və Meğri dağ silsilələri ilə əhatələnib. Oxçuçay çayı rayon boyu axıb keçir. Bu ərazidə insanlar hələ e.ə.VI əsrdə məskunlaşıblar. 1988-ci ilə qədər azərbaycanlıların yaşayıb və həmin il 30-dan çox yaşayış məntəqəsini məcbur tərk ediblər.

Vurğulanıb ki, burada erməni vandallığı daim öz işini görüb. Belə ki, 1905-ci ildə Qatar kəndini dağıdıb, əhalisini qılıncdan keçiriblər. 1918-ci ildə 5200 nəfər əhalisi olub. Oxçu kəndi də eyni taleyi yaşayıb. 1918-ci ildə 2 mindən çox əhalisi olan kənddə insanları dekabrın 11-də Andranikin başçılığı ilə barışıq, sülh adıyla məscidə toplayıb qapını bağladıqdan sonra od vurub yandırıblar.

Süjetdə rayon adının yaranmasından, erməni vəhşiliklərindən söhbət açılır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş dekabrın 23-də saat 19:30-da “Baku TV”nin efirində və YouTube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Hadisə, Mətbuat / 23.12.2023 21:04
Zəngəzurda azərbaycanlıların ən geniş məskunlaşdığı Qafan rayonu - FOTO - VİDEO
Elm və təhsil, İdman / 23.12.2023 10:00
Möhtəşəm bir gün – Xalqın Xankəndi sevgisi
Elm və təhsil, Gündəm, Video müsahibə / 22.12.2023 21:30
“Ləmbəlidən gətirilən torpağı hələ də evimdə saxlamışam” - FOTO - VİDEO
Dünya, Təhlil / 22.12.2023 16:37
İrəvan-Tehran dostluğu – Acın canı yalançının əlindədir – TƏHLİL
Maraqlı, Sosial / 22.12.2023 13:02
“Ermənilər dedilər ki, çıxıb getməlisiniz” – Ceyran Ənsərin “Həyat Hekayəsi – ANONS - VİDEO
Siyasi / 21.12.2023 21:19
İrəvan, Zəngəzur və Göyçə danışıqlar masasına çıxarılır - FOTO - VİDEO
Təhlil / 21.12.2023 16:41
“exitMDB”yə ismarış – KTMT-dən uzaqlaşan Ermənistan“ – TƏHLİL
Dünya, Siyasi, Təhlil / 21.12.2023 13:36
Paşinyanın xəritə oyunu – Qərbi Azərbaycan Xronikası – ANONS - FOTO - VİDEO
Maraqlı, Siyasi / 20.12.2023 20:55
Cəlaloğlunun Stepanavan adlandırılmasının sirri - FOTO - VİDEO
Siyasi / 20.12.2023 13:14
Əli Hüseynli: “Seçkiləri boykot etmək siyasi mədəniyyətsizlikdir”
Siyasi, Sosial / 20.12.2023 12:54
Cəlaloğlu niyə Stepanavan oldu? – ANONS - VİDEO
Siyasi / 20.12.2023 10:30
İrəvanın növbəti riyakarlığı – QAİ bəyanat yaydı
Elm və təhsil, Sosial / 19.12.2023 22:58
Beş dinin adətlərini yaşadan Kürmük və Baba Hacını nə birləşdirir? - FOTO - VİDEO
Müsahibə, Video müsahibə / 19.12.2023 19:05
“Erməni tarixçiləri də Njdenin qanlı hərəkətlərini təsdiq edirlər” – MÜSAHİBƏ - FOTO - VİDEO
Gündəm, Siyasi / 19.12.2023 17:04
Paşinyanın yalanları və səfirlərə “əriştə qonaqlığı” – TƏHLİL - FOTO
Elm və təhsil, Sosial / 19.12.2023 13:57
Baba Hacı məqbərəsi – harmoniya simvolu – ANONS - VİDEO
Elm və təhsil, Siyasi / 19.12.2023 13:38
“Ermənilərin Bakı və ya Tiflis iddiası” – ANONS - VİDEO
Müsahibə, Video müsahibə / 18.12.2023 21:53
“Ermənilər məscidə sığınan 400 azərbaycanlını amansızlıqla qətlə yetiriblər”- MÜSAHİBƏ - FOTO - VİDEO
Texnologiya / 18.12.2023 19:53
“Report” və “Baku TV-Ru” “NETTY 2023” mükafatının qalibi olub - FOTO
Dünya, Təhlil / 18.12.2023 17:01
Avropa İttifaqının nüfuzuna ziyan vuran Fransa – TƏHLİL
Elm və təhsil, Maraqlı / 16.12.2023 20:56
Qədim Şaman inancını yaşadan Bala Məzrə kəndi - FOTO - VİDEO
Siyasi, Təhlil / 16.12.2023 10:01
Səksən ildir dinc həyat tərzi sürməyən fələstinlilər – TƏHLİL - FOTO
Elm və təhsil, Hadisə, Sosial / 15.12.2023 20:12
“Bizi Yevlaxda vaqonlardan düşürüb at arabaları ilə kəndlərə payladılar” - FOTO - VİDEO
Elm və təhsil, Sosial / 15.12.2023 14:44
“Ermənilərdən torpaq sahibi olmaz” – Sudif Fətəliyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Dünya, Siyasi, Sosial, Təhlil / 14.12.2023 20:38
“Sülh donuna” bürünmüş Ermənistan genişmiqyaslı təxribat hazırlığı aparır - FOTO - VİDEO
Dünya, Təhlil / 14.12.2023 16:31
Əsirlərin mübadiləsi – etimad mühitinin faydası – TƏHLİL