Dünya 19.10.2023 20:23

Zori Balayanın etirafı: “İrəvanın erməni əhalisi başqa yerlərdən gəlmədir” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Fransadakı ünsürlər Cənubi Qafqazın daim qan içində olmasına çalışırlar” adlı süjetdə fransızları və erməniləri bir çox hallarda müxtəlif sahələrin reallıqdan uzaq, dar dünya görüşlü, ədalətsiz nümayəndələrinin təmsil etdiyi, belə “ictimai”, “siyasi” “xadimlər” ermənilərlə azərbaycanlılar arasında düşmənlik toxumu səpmələrindən bəhs olunur.

Bildirilir ki, indiki Ermənistandan etnik təmizləmə nəticəsində  qovulmuş azərbaycanlıların doğma yurda qayıdışını Azərbaycan “Böyük Qayıdış” adlandırır: “Ancaq “Böyük Qayıdış”a qarşı Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinə iddiasını təqdim edən Fransanın Leuven Universitetinin professoru Pyer d-Arjan (Pierre d’Argent) bunu “Azərbaycanın irqçi layihəsi” adlandırıb. Bu dırnaqarası professor məqaləsində reallıqdan kənar iddialarla çıxış edir, Qarabağdakı ermənilərin Azərbaycanı könüllü tərk etdiklərinə şübhə ilə yanaşır”.

Fransalı professorun diqqətinə çatdırılır ki, 1886-cı ildən 1988-ci ilə, yəni 102 il sonraya baxış etsə, mənzərə daha aydın olar: “Bu tarixdə 300 minə yaxın Qərbi azərbaycanlı öz torpaqlarından zor gücünə qovulub, Ermənistan vətəndaşlıqları məcburi olaraq əllərindən alınıb. Qərbi azərbaycanlılara indiyədək Ermənistanın heç bir dövlət rəsmisi “gəlin, Ermənistan cəmiyyətinə inteqrasiya olun” deməyib. Azərbaycan Prezidenti isə Qarabağın erməni sakinlərinə Azərbaycan cəmiyyətinə inteqrasiya olunmağa, Konstitusiyanın verdiyi hüquqlardan yaralanmağa çağırıb. Bu baxımdan indiki Ermənistandan qovulan Qərbi azərbaycanlılar erməni irqçiliyinin qurbanı olub. Onlar Ermənistanın vətəndaşlığından məhrum olublar. Onların mülkiyyəti talan olub, Ermənistanda qalıb”.

Süjetdə həmçinin ermənilərin şovinist yazıçısı Zori Balayanın İrəvanın erməni əhalisi başqa yerlərdən gəlmə olması fikrinə də yer verilir.

Sonda vurğulanır ki, Dağlıq Qarabağ xalqının etnik təmizləməyə məruz qalması ilə bağlı faktlar ortaya qoyulur: “Azərbaycan mövcud vəziyyəti davam etdirmək üçün əlindən gələni edir, yəni etnik təmizləmə planlarını gücləndirməyə çalışır. Pyer d-Arjan kimi savadsız, qərəzli bir “professorun” erməniləri təmsil etməsi, bu etnik qruoun ziyanına olar. Çünki erməni elm adamları və onun Pyer kimi havadarlarının saxtakarlıqları daha çox ifşa olunar. Necə deyərlər: “Taylı-tayın tapmazsa günü ah-vayla keçər”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında oktyabrın 19-da saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Dünya, Siyasi / 19.10.2023 20:23
Zori Balayanın etirafı: “İrəvanın erməni əhalisi başqa yerlərdən gəlmədir” - FOTO - VİDEO
Mətbuat, Siyasi / 18.10.2023 19:49
Türkiyə və İrandan ermənilər niyə Abarana köçürülüb? - FOTO - VİDEO
Gündəm, Təhlil / 18.10.2023 14:51
Müstəqilliyin Bərpası Gününə töhfə – bütöv olan Azərbaycan – TƏHLİL
Hadisə, Sosial / 18.10.2023 13:01
Qərbi Azərbaycanda boş qalan 34 rayonumuz – ANONS - VİDEO
Müsahibə, Siyasi / 17.10.2023 21:08
“Biz öz istəyimizlə qaçqın olmamışıq”- MÜSAHİBƏ - VİDEO
Siyasi / 17.10.2023 19:57
“XIX əsrə qədər Göyçədə erməni yaşamayıb” - FOTO - VİDEO
Hərbi, İdman / 17.10.2023 14:00
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJETLƏRİ - VİDEO
Elm və təhsil, Sosial / 17.10.2023 13:35
Erməni yazıçının etirafı: “Basarakeçərdə adlar erməniləşdirilib” – ANONS - VİDEO
İdman / 17.10.2023 07:15
1-ci tur oyunlarının XÜLASƏSİ - VİDEO
Müsahibə, Video müsahibə / 16.10.2023 20:20
“Biz torpağımıza dinc şəkildə qayıtmaq istəyirik” - VİDEO
Gündəm, İdman / 16.10.2023 17:03
Turnirin ilk günü – yaddaqalan məqamlar - FOTO - VİDEO
İdman / 16.10.2023 12:00
İlk turun mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO - VİDEO
Siyasi / 16.10.2023 10:47
Heydər Əliyev kursunun layiqli davamçısı – Tarix yazan lider
İdman / 15.10.2023 23:17
“Çəmbərək” qalib gəlib, 1-ci tur başa çatıb - VİDEO
İdman / 15.10.2023 20:30
“Göyçə” inamlı qələbə qazanıb - FOTO - VİDEO
İdman / 15.10.2023 11:58
Bu gün “Qərbi Azərbaycan” “Göyçə”ni” Çəmbərək” isə “Qaraqoyunlu”nu sınağa çəkir
İdman / 14.10.2023 22:09
Bakıda Ənənəvi Futbol Turnirinin açılış mərasimi olub - FOTO
Hadisə / 14.10.2023 20:13
Unudulmuş qəbiristanlıq: mərhum azərbaycanlılarla bağlı dəhşət - FOTO - VİDEO
Maraqlı, Sosial / 13.10.2023 20:00
“Ermənilər evimizi partlatdılar, 4 yaşlı öğlum qucağımda öldü” - VİDEO
Elm və təhsil / 13.10.2023 17:06
“Ulu babalarım İrəvandan qovulub” – Sərdar Ünsal ilə tarixi görüş
İdman / 13.10.2023 14:33
Sabah Futbol Turnirinin açılışı və ilk turun oyunları keçiriləcək
Sosial / 13.10.2023 13:57
“Kəndimizi görüb ölmək istəyirəm” – Şəhid anasının həyat hekayəsi – ANONS - VİDEO
Dünya, Təhlil / 12.10.2023 19:55
Ermənistanda 100 min azərbaycanlı üçün yeni evlər tikilir - FOTO - VİDEO
Təhlil / 12.10.2023 17:14
Ermənistan niyə sülh istəmir – TƏHLİL - FOTO
Siyasi / 12.10.2023 13:50
Ermənistanda təşviş: “100 min azərbaycanlı qayıdır” – ANONS
İdman / 12.10.2023 12:22
Turnirə hazırlıq görüşü: “Ardanış” – “Göyçə”- 9:7 - FOTO