Bu gün Türkiyədə yeni növ koronavirusdan (COVID-19) daha 195 nəfər ölüb.
Rakus.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Məlumatda deyilir ki, son 24 saatda 174 761 nəfər koronavirus testindən keçib, 6093 xəstənin testi pozitiv çıxıb.
Xatırladaq ki, Türkiyədə indiyədək 539 291 nəfər COVID-19 infeksiyasına yoluxub, onlardan 14 900 nəfəri ölüb.