Dünya 01.08.2023 15:30

35 illik ziddiyət – sülh müqaviləsinə kim mane olur? – TƏHLİL

Münaqişələr xəstəlik kimidir. Belə deyiblər: “Xəstəlik batmanla gəlir, misqalla çıxır”. Münaqişələr də qan-qada, iğtişaş, qaçqınlıq, müharibə və s. fəlakətlərlə başlayır, diplomatik yolla həll edilir. Ancaq həlli çox çətin olur. Çünki münaqişənin aradan qaldırılması üçün obyektivlik və ədalətli yanaşma başlıca meyardır.

Bəs Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə kim, necə və niyə mane olur? Yeri gəlmişkən, normallaşma tərəflər arasında sərhədlər müəyyənləşəndən, azərbaycanlı qaçqınlar və məcburi köçkünlər öz yurdlarına döndükdən, Qarabağ iqtisadi rayonundakı vətəndaş sayılan ermənilər Azərbaycan cəmiyyətinə inteqrasiya etdikdən, tərəflər arasında davamlı sülh müqaviləsi imzalandıqdan, iqtisadi, mədəni əlaqələr qurulduqdan sonra başa çata bilər. Hələlik isə bu proses davam edir.

Azərbaycanla Ermənistan arasında müasir dövrdəki ziddiyyətin 35 yaşı var. Bu qarşıdurma 1988-ci ildə qərbi azərbaycanlıların öz yurdlarından qovulması ilə başlayır. Bu qarşıdurmanı Moskva həll edə də bilərdi. Ancaq yaranmış vəziyyətdə onun obyektiv və ədalətli ola bilməməsi yeni, daha faciəli hadisələrə səbəb oldu. SSRİ yaratdığı münaqişədə oynadığı rolu Rusiyaya miras olaraq ötürüb. Moskvanın vasitəçiliyi yetərli sayılmadı, ona görə də beynəlxalq vasitəçilər oyuna daxil oldu. BMT Təhlükəsizlik Şurası Ermənistanın işğalçılıq əməllərinə qarşı 4 qətnamə qəbul etdi. Vasitəçilik üçün ATƏT-in Minsk qrupu və həmsədrlər institutu yaradıldı. Bu yarıtmaz vasitəçilər 30 il regiona əhəmiyyətsiz səfərlər etdilər. Belə yarıtmaz fəaliyyətə və münaqişənin həlinə 44 günlük müharibə son qoydu. Münaqişə dövrü bitdi. Onu beynəlxalq vasitəçilər və münaqişə institutları deyil, Azərbaycan, onun haqlı mövqeyini müdafiə edənlərin ədalətli davranışı həll etdi.

Artıq münaqişə bitib, normallaşma prosesi başlayıb, ancaq ənənəvi həriflər, vasitəçilər yenə meydandadır. Bəs görəsən normallaşmaya kimlər mane olurlar? Vətən müharibəsində səhnə çox aydın görünürdü. İşğalçıya, Ermənistana yardım edənlər indi də normallaşma prosesini əngəlləyir. Rusiya, epizodik olaraq, Çin, İran, Hindistan, Kanada, Avropa İttifaqının bir sıra üzvləri, o cümlədən Fransa, Yunanıstan müharibə dövründə işğalçını birmənalı olaraq dəstəkləyib və ona yardım edib. Müharibə mərhələsində tərəfsiz qalmağa çalışanlar da olub: ABŞ, Böyük Britaniya, müəyyən mənada Almaniya.

Hazırda Azərbaycanla Ermənistan arasında danışıqlara bu qüvvələrdən vasitəçilik etmək istəyənlər də var. Ancaq etibarı itirdikləri üçün onların bu missiyası da nəticə vermir. Lap 30 il, hətta 35 il əvvəl olduğu kimi. Həmin ölkələr öz maraqlarını təmin etməyə səy göstərməklə normallaşma prosesinin başa çatmasını əngəlləyirlər. Müharibədə rəsmi İrəvanı dəstəkləyənlər Ermənistanın və ermənilərin gələcəyini deyil, regionda maraqlarının mövcudluğuna çalışırlar. Məsələn, Fransa Rusiyanı Ermənistandan çıxararaq onu əvəzləməyə səy edir. İran Hindistanla birgə yeni oyun qurur, Rusiya davranışları və fəaliyyəti ilə “Ermənistan və Qarabağ mənimdir” deyib hərbçilərinin, o cümlədən sülhməramlılarının regionda qalmasına çalışır. Bu güclər az qala revanşistlərin çıxışlarının mövzularını da müəyyənləşdirirlər.

Ermənistanda müxalifət sayılan qrupun, Azərbaycanın Qarabağ iqtisadi rayonundakı separatçıların tör-töküntülərinin çıxışları ilə həmin ölkələrin rəsmi təmsilçilərinin vurğuladığı məsələlərdə sərgilənən ortaq mövqe bunu təsdiqləyir. Həmin güclər uzun illərdir erməni ictimaiyyətinə yalan vədlər verirlər. Bu gün də ənənəvi xülyaları dilə gətirməklə onları əllərində saxlamağa çalışırlar. Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşən Rusiya sülhməramlıları nəzarət etdikləri ərazidə qanunsuz erməni silahlı dəstələrini yaradıb onlara hərbi avadanlığın daşınmasını müşayiət etməklə bunu təsdiqləyirlər. Zəngəzur dəhlizinin açılmasına, “3+3” formatında əməkdaşlığın reallaşmasına mane olmaq, Laçın yolu ətrafında ermənilərin yaratdığı hay-küyü dəstəkləmək, Azərbaycanla Ermənistan arasında sərhədyanı ərazidə yerləşən Qafanda baş konsulluq açmaqla bu qüvvələr özlərini və maraqlarını nümayiş etdirirlər. Bununla da həmin güclər öz arzularını reallaşdırmaq istədiklərini gizlədə bilmirlər.

Azərbaycanla Ermənistan arasında normallaşma baş verərsə, nə SSRİ-nin varisinə, nə də onun regionda “sülh yaratmağa“ cəhd kimi səmərəsiz ideyasına ehtiyac qalmayacaq. Yaxud iki ölkə arasında münasibətlər qurulandan sonra İran hakimiyyətinin Ermənistandan Azərbaycana və Türkiyəyə qarşı istifadə imkanları azalacaq. Ermənilərdən Türkiyəyə qarşı alət olaraq istifadə etmək istəyən Yunanıstan və yunan Kiprinə regionda heç yer qalmayacaq. Belə şəraitdə Fransa da özünü yığışdırar, pozuculuq fəaliyyətini azaldar. Regionda normallaşma prosesinin uğurla başa çatması ABŞ və Böyük Britaniyanın da maraqlarına uyğun olar.

Ermənistan hökumətinin başçısı Nikol Paşinyanın son çıxışlarından belə ehtimal etmək olar ki, rəsmi İrəvanın mövqeyi Rusiya, İran, Fransa və başqa bu tip dövlətlərin yanaşmasından fərqlənir. Məsələn, o, Türkiyə ilə münasibətlərin normallaşması üçün havadarlarının vəd etdiyi 100 illik yanlış ideyalardan imtina etməyə hazır olduqlarını bildirir. Yaxud Qarabağın əsl sahibinin Azərbaycan olduğunu etiraf etməklə ona iddiaçıların da düşüncəsini və davranışını alt-üst edir. Beynəlxalq ictimaiyyət isə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını başa çatdırmağa yardım etməkdənsə, Laçın yolunun “blokadası” kimi əsassız iddialara diqqəti çəkmək, yaxud günahsız, dinc azərbaycanlıların qatili Vaqif Xaçaturyanın məsələsini gündəliyə çıxarmaqla məşğuldurlar. Belə qənaətə gəlmək olar ki, sanki normallaşma prosesində Azərbaycanın Ermənistanla deyil, bu kimi beynəlxalq güclərlə danışıqlar apardığı görünür. Bu siyasi müstəvidə rəsmi İrəvan məruzə dinləyən tələbə rolunda çıxış edir. 30 il əvvəl bu güclər Azərbaycana işğal olunmuş torpaqlarından imtina etməyi təklif edirdilər. İndi də “yol” məsələsini ortaya atıblar. Ancaq normallaşma “Zəngəzur dəhlizi”, Zəngəzur yolu ilə başlayıb, onunla da davam edir. Çünki bu, sülh, əməkdaşlıq, təhlükəsizlik və qarşılıqlı etimad yoludur.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 01.10.2025 23:42
“Sovetlərin Ankaraya qarşı ideoloji aləti: “erməni kartı”nın yaranması, yayılması və bugünkü iflası”
Siyasi / 01.10.2025 14:22
Türkiyəyə qarşı “erməni kartı” – ANONS
İdman / 01.10.2025 08:22
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
Siyasi, Sosial / 30.09.2025 23:29
Baba bulaq, Babakişi, Babaxan toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 30.09.2025 18:44
“Sülh sazişi ilin sonunadək imzalana bilər”
Sosial / 30.09.2025 14:22
Məhv edilən Baba mənşəli toponimlər – ANONS - VİDEO
Müsahibə / 30.09.2025 13:22
ABŞ və Çin Azərbaycanla əməkdaşlığa can atır – ANONS - VİDEO
İdman / 30.09.2025 08:03
Turnirin ilk həftəsi – yaddaqalan mənzərə - FOTO
Sosial / 29.09.2025 23:00
“Samuxda 6225 Qərbi azərbaycanlı məskunlaşıb” - VİDEO
Gündəm, İdman / 29.09.2025 16:14
İlk həftənin mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO
İdman / 29.09.2025 11:00
Bakıda 4-cü Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
İdman / 29.09.2025 09:25
“Dəmir Yumruq” qələbə qazandı, “İctimai TV” heç-heçə etdi - FOTO - VİDEO
İdman / 28.09.2025 10:10
“Dəmir Yumruq” “Zəfər 44″, “Cəmiyyət” isə “Veteranlar”la görüşür
İdman / 28.09.2025 09:52
“Real Tv” və “Az TV” tura qələbə ilə başlayıb - FOTO
Gündəm / 27.09.2025 10:07
Şəhid jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin bu gün açılışı olacaq - FOTO
Gündəm, Hərbi / 27.09.2025 08:02
Vətən müharibəsinin başlanmasından 5 il ötür - VİDEO
Gündəm / 27.09.2025 00:08
Prezident İlham Əliyevin Anım Günü paylaşımı - FOTO
Gündəm / 27.09.2025 00:02
Azərbaycanda Anım Günüdür
Siyasi, Sosial / 26.09.2025 23:14
“Bizimlə dostluq edən erməniləri saqqallılar güllələyirdilər” - FOTO - VİDEO
Sosial / 26.09.2025 14:22
“Həsrət ürəyimizi parçalayır” – Şəfiqə Cəfərovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 25.09.2025 22:45
“Dördüncü respublika” Azərbaycanla sülhün başlanğıcıdır? - VİDEO
Siyasi / 25.09.2025 14:22
“Paşinyanın “dördüncü respublikası” – ANONS - VİDEO
Gündəm / 25.09.2025 11:30
Şəhid jurnalistlərin xatirəsinə 4-cü Ənənəvi Futbol Turniri başlayır - FOTO - VİDEO
Siyasi, Sosial / 24.09.2025 23:36
“Əvvəl erməni, sonra xristian” erməni kimliyinin əsas şüarıdır - VİDEO
Siyasi, Sosial / 24.09.2025 14:22
Ermənilərin gizli kilsə siyasəti – ANONS - VİDEO
Gündəm, Mətbuat / 24.09.2025 11:30
Həqiqət carçısı “Haber Global” 7 yaşını qeyd edir