Elm və təhsil 23.10.2019 17:38

Millət vəkili şagirdlərlə söhbətləşdi - FOTO

YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev Gəncə şəhər 18 saylı tam orta məktəbdə şagirdlərlə görüşüb.

Rakus.az xəbər verir ki, şagirdlərin təşəbbüsü ilə keçirilən görüşdə kitab oxumağın, mütaliə ilə məşğul olmağın insanın dünyagörüşünün artmasına, yüksək intellektə malik olmasına, bədii-estetik zövqünün formalaşmasına göstərdiyi təsirindən danışılıb.

Millət vəkili əvvəllər kitab oxumağın bir ənənəyə çevrildiyini, hansı sahədə işləməsindən asılı olmayaraq hər bir kəsin evində balaca da olsa kitabxana olduğunu bildirib. Qeyd edib ki, mütaliə edənlərin arasında uşaqlar heç də böyüklərdən geri qalmırdı. Mütaliə uşaqların, yeniyetmələrin düşüncə tərzini, bədii təfəkkürünü formalaşdırır. Buna görə də onlar oxuduğu əsərin müsbət qəhrəmanlarına bənzəməyə çalışırdılar.

Fransız maarifçilərinin görkəmli nümayəndəsi olan Deni Didronun “Hər kim kitab oxumursa düzgün fikirləşə bilməz” sözlərini xatırladan millət vəkili şagirdlərə düzgün fikirləşmək üçün kitab oxumağı vərdişə çevirməyi tövsiyə edib.

Bildirib ki, mütaliəyə marağın artırılması, oxu vərdişlərinin inkişafına nail olmaq üçün hər yerdə kitablar təbliğ olunmalıdır. Bu işə ailələrimizdən, dostlarımızdan başlamalıyıq

Məktəblilər bu yaxınlarda Naqif Həmzəyevin “Facebook”sosial şəbəkəsində mütaliə ilə bağlı təşəbbüsünün onların da marağına səbəb olduğunu bildiriblər.

Millət vəkili Naqif Həmzəyev məktəbdə yaradılan təlim-təhsil şəraiti ilə tanış olub, sinif otaqlarını gəzib, şagirdlərlə fikir mübadiləsi aparıb, eyni zamanda, məktəblilərin ölkəmizdəki təhsil sistemi, sağlam həyat tərzinin təşkili ilə bağlı suallarını da ətraflı cavablandırıb.

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşşəbbüsü ilə Nizami Aydın adına 18 nömrəli tam orta məktəbin köhnə binasında əsaslı təmir işləri aparılıb. Şagirdlər bu tədris ilindən təhsillərini müasir standartlara cavab verən binada davam etdirirlər.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO