Səhiyyə 24.08.2020 12:00

COVID-19-a görə sahə məntəqələri monitorinq olunur

Səhiyyə Nazirliyi nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən COVID-19 virusu ilə mübarizə məqsədilə yaradılan sahə məntəqələrinin ikinci monitorinqi həyata keçirilib.

Rakus.az xəbər verir ki, nazirliyin məlumatına görə, 25.07.20 -15.08.20 müddəti ərzində təşkil olunan ikinci monitorinqin əsas məqsədləri tibbi heyətin COVID-19 virusu ilə bağlı davamlı təlimatlandırılması, burada aparılan iş prosesinin düzgün idarəedilməsi və keyfiyyətli şəkildə koordinasiyasına nəzarət etməkdir və monitorinq zamanı müəyyən olunan nöqsan, çətinlik, spesifik hallar və inkişaf sahələri üzrə öz peşəkar tövsiyələrini verməkdən ibarət olub.

Monitorinq xüsusi yoxlama vərəqəsi üzrə həyata keçirilib, ona əsasən nəzarətə götürələn sahələr aşağıdakılardır:

Sahə məntəqəsinin yerləşdiyi bina və girişinin monitorinqi. Adətən sahə məntəqələri poliklinikaların ayrıca korpusunda yer alır və yaxud poliklinikanın birinci mərtəbəsi sahə məntəqəsi üçün ayrılır və mütləq məntəqəyə ayrı giriş təmin edilir. Bu şərtləri qarşılaya bilməyən poliklinikaların ərazisində xüsusi tibbi avadalıqlarlarla təchiz edilmiş konteynerlər quraşdırılıb. Bu məntəqələr qırmızı lentlərlə əhatə olunub və girişlərində həmin məkanların COVID-19 virusu ilə mübarizə üçün ayrıldığı qeyd olunub və kənar şəxslərin qəti şəkildə binaya və yaxud konteynerə daxil olmaları qadağan olunduğu vurğulanıb.

Sahə məntəqəsində fəaliyyət göstərən tibb personalının və səyyar tibb işçilərinin təhlükəsizliyinin təmin edilməsi. Mövcud karantin şəraitində koronavirus xəstələrinə evdə xidmət edən həkim və tibb personal istifadə etdiyi qoruyucu geyimlə təmin olunur. İstifadə ediləndən sonra bu geyimlər düzgün şəkildə ləğv edilmək məqsədilə xüsusi “çirkli” zonalara toplanılıb, sonra aidiyyatı qurumlara utilizasiya məqsədilə təhvil verilməsinə nəzarət olunur.

Sahə məntəqəsinə ayrılmış tibbi ləvazimatların təhvil-təslim aktları üzrə hesabatların yoxlanılması. Hər məntəqə üçün ayrılmış qoruyucu kombinezon, maska, papaq, əlcək və eynəkdən ibarət olan tibb ləvazimatlarının saylarının təhvil-təslim aktları üzrə hesabatlarına nəzarət edilir və əlavə saylara ehtiyacı müəyyən edilir.

Dərmanların saxlanılması şəraiti. Xəstəliyi simptomsuz və ya yüngül simptomlarla keçirən xəstələrə evdə müalicə almaq üçün Səhiyyə Nazirliyi tərəfindən verilən dərman preparatlarının sahə məntəqəsində saxlanılma şəraiti və çatdırılma prosesinə nəzarət edilir.

Yoluxma şübhəsi ilə daxil olunan müraciətlər üzrə götürülən COVID-19 testinin barkodlaşdırılması və sənədləşdirilməsi. Yoluxma şübhəsi ilə müraciət edən vətəndaşın ünvanına COVID-19 testini keçirmək məqsədilə tibb işçisi yönləndirilir. Həmin test məntəqəyə gətirilir, barkodlaşdırılır və sənədləşdirilir. Bu prosesin düzgün aparılması çox vacib əhəmiyyət daşıyır və daim işçi qrupunun diqqət mərkəzində saxlanılır.

814 Çağrı Mərkəzi və poliklinikaların nəzdindəki qeydiyyat şöbəsinin funksionallığı. Vətəndaşlar yoluxma şübhəsi yarandıqda ilk addım olaraq 814 Çağrı Mərkəzi və ya poliklinikaların nəzdindəki qeydiyyat şöbələrinə telefon zəngi vasitəsilə müraciət edirlər. Çağrı mərkəzinin və qeydiyyat şöbələrinin bilavasitə vəzifəsi daxil olmuş müraciəti rəsmiləşdirmək və vətəndaşın ünvanına əsasən müraciətləri sahə həkiminə yönləndirməkdir. Bundan dərhal sonra sahə həkimi sorğu-sual əsnasında xəstənin vəziyyətini dəyərləndirmək üçün məlumat toplayır və dəyərləndirmə əsasında COVID-19 testinin səyyar tibb xidməti tərəfindən keçirilib-keçirilməməsinə qərar verir.

Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən işçi qrupun tərəfindən həyata keçirilmiş monitorinqin nəticəsi göstərib ki, simptomsuz və yüngül simptomlu COVID-19 xəstələrin ev şəraitində müayinə və müalicəsini təmin etmək üçün yaradılmış sahə məntəqələri əhaliyə göstərilən təcili tibbi yardım və stasionar müalicə xidmətlərinin iş həcminin azalmasına əhəmiyyətli dərəcədə dəstək olub, əhaliyə daha keyfiyyətli tibbi xidmətlərin göstərilməsini təmin edib.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO