Dünya 30.08.2020 12:20

Barselonada Azərbaycan Evi açıldı - FOTO

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin təşəbbüsü ilə İspaniyanın Barselona şəhərində Azərbaycan Evinin açılış mərasimi keçirilib.

Rakus.az xəbər verir ki, Dövlət Komitəsindən verilən məlumata görə, pandemiya ilə bağlı mövcud karantin qaydalarına uyğun şəkildə keçirilən tədbirdə Kataloniyada yaşayan azərbaycanlılar və ölkəmizə dost münasibəti bəsləyən müxtəlif xalqların icma üzvləri iştirak ediblər.

Mərasim Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin 5 illik fəaliyyətini və Azərbaycan Evinin qurulması prosesini özündə əks etdirən videoçarxların nümayişi, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun bu mühüm hadisə münasibətilə İspaniya azərbaycanlılarına təbriki ilə başlayıb.

Tədbirdə Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin sədri və İspaniya Azərbaycan Evinin rəhbəri Kərim Kərimov, cəmiyyətin İdarə Heyətinin üzvü Nərmin Salayeva, Gürcüstanın Barselonadakı baş konsulu Ketevan Qoqolaşvili çıxış ediblər.

Natiqlər Azərbaycan Evinin fəaliyyətini Barselonada və ümumilikdə İspaniyada yaşayan azərbaycanlıların bir araya gətirilməsi, onların əlaqələndirilməsi, milli dəyərlərimizin və tarixi reallıqlarımızın təbliğ olunması baxımından yüksək qiymətləndiriblər. Azərbaycan Evinin Barselona şəhərinin multikultural simasında özünəməxsus yer tutacağı bildirilib, burada Azərbaycan və Gürcüstan icmalarının birgə tədbirlərinin keçirilməsinin önəmi vurğulanıb.

Azərbaycan Evində hər ay mütəmadi olaraq gerçəkləşdirilməsi nəzərdə tutulan 7 yeni və fərqli layihə barədə ətraflı məlumat verilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Almaniya, İtaliya, Polşa, Macarıstan, Türkiyə, Estoniya və digər ölkələrdə Azərbaycan evləri fəaliyyət göstərir.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO