Dünya 05.09.2020 10:47

BMT-nin Baş katibi iqlim böhranı ilə bağlı mesaj verdi

“Böyük iyirmilik” ölkələrinin Xarici İşlər nazirləri ilə keçirilən virtual görüşdə çıxış edən BMT-nin Baş katibi Antonio Quterreş pandemiya üzərində qələbədən sonra onları sabit inkişafa nail olmağa və iqlim dəyişikliyinin qarşısının alınması istiqamətində çalışmağa çağırıb.

Rakus.az xəbər verir ki, Yaponiya hökumətinin təşkil etdiyi görüşdə nazirlər və dövlətlərin yüksəksəviyyəli nümayəndələri ilə yanaşı, gənclər, vətəndaş cəmiyyəti təşkilatlarının, işgüzar dairələrin və yerli hakimiyyət orqanlarının üzvləri də iştirak ediblər.
BMT rəhbəri görüş iştirakçılarına videomüraciətində dünyanın COVID-19 pandemiyası ilə yanaşı, iqlim böhranını da yaşadığını xatırladıb. O deyib: “Biz onların hər ikisinin öhdəsindən gəlməyi bacarmalı, indiki dövrün həqiqətən də planetimiz və onun sakinləri üçün dönüş dövrü olacağı barədə gələcək nəsillərdə ümid yaratmalıyıq”.

Baş katib tərəfindən bərpa prosesini lazımi istiqamətə yönəltməyə kömək edəcək altı addım xatırlanıb:
∙ “Yaşıl” əmək bazarına sərmayə yatırmaq.
∙ Ətraf mühiti çirkləndirən sahələrin xilas olunmasına tələsməmək.
∙ Qazma üsulu ilə alınan yanacağın istehsalına maliyyə yardımı göstərməyi dayandırmaq.
∙ İstənilən sahədə qərar qəbul edərkən iqlim risklərini nəzərə almaq.
. Birlikdə çalışmaq.
. Ən əsası isə, heç kəsi kənarda qoymamaq.

Antonio Quterreş bildirib ki, COVID-19-dan sonrakı bərpa planlarında daha çox ölkə və şəhər “yaşıl investisiyalara” üstünlük verir. Yaponiyada 71 milyon insanı təmsil edən 150-dən çox yerli təşkilat və institutlar “sıfır karbon qazı” təşəbbüsünə dəstək veriblər.

Quterreşin sözlərinə görə, iqlim dəyişikliyinə qarşı mübarizə ona görə güclənir ki, artıq dünyada bütün liderlər iş yerlərinin yaradılması, təmiz hava, sağlamlıq və sabit iqtisadi artım da daxil olmaqla “təmiz” enerjinin üstünlüklərini dərk edirlər. Baş katib ən iri investorların, habelə Yaponiyanın bir sıra iri sərmayədarlarının bərpaolunan enerji mənbələrinə vəsait yatırmağa üstünlük verdiyini diqqətə çatdırıb. Quterreş onu da qeyd edib ki, Yaponiya biznes assosiasiyaları hökumətə müraciət edərək onu iqlim sahəsində daha qətiyyətli addımlar atmağa çağırıblar.

“Onlar başa düşürlər ki, tezliklə qiymətdən düşəcək kömür istehsalına maliyyə vəsaiti yatırmaqla pullarını göyə sovururlar. Kömür müəssisələrini hər hansı investisiya layihəsinə qoşmağın heç bir əsası yoxdur”, – Baş katib söyləyib.

O “sıfır karbon qazı”, yaxud da “neytral karbon qazı” adlanan təşəbbüsə qoşulmağın vacibliyini vurğulayaraq bütün ölkələrə, xüsusilə də “Böyük iyirmiliyə” daxil olan dövlətlərə müraciət ünvanlayıb. Müraciətdə əsrin ortalarınadək meşələrin və okeanların udduqları karbon qazının həcminin CO2 tullantılarının həcmini üstələməsinə nail olmaq üçün təkliflər irəli sürülüb.

Quterreş, həmçinin orta temperaturun artım tempinin 1,5 dərəcə səviyyəsində saxlamağı, Paris İqlim Sazişi çərçivəsində dövlətlərə daha cəsarətli öhdəliklər götürməyi və Parisdə qoyulmuş məqsədə çatmaqdan ötrü uzunmüddətli strategiyalar hazırlamağı tövsiyə edib.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO