skip to Main Content
Dünya 07.09.2020 09:00

“İnsanların qaydaların tətbiqində boşluğa yol verir – ÜST rəsmisi”

Təəssüf ki, ötən həftədən bəri yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar uğursuz dinamika müşahidə olunur. Hər gün virusa qlobal yoluxma hallarında yeni rekordlar qeydə alınır. Yoluxma daha çox Asiya qitəsində, Hindistanda olub. Sutka ərzində burada yoluxanların sayı 80 min artıb. Lakin ABŞ COVID-19 infeksiyasına yoluxma və ölüm hallarının sayına görə, dünyada birinci yerdədir. Orada yeni növ koronavirus infeksiyasına yoluxma hallarının sayı gün ərzində 24-25 min nəfər artıb. Eyni zamanda, Braziliya, Argentina və Peru kimi bəzi Latın Amerikası ölkələrində də yoluxma halları yüksəkdir. Afrikanın bir hissəsində isə pandemiya ilə bağlı vəziyyət yaxşılaşır, yoluxma halları azalır. Nümunə olaraq Cənubi Afrika, Nigeriya və Efiopiyanı göstərə bilərəm. Buarada yoluxma çox olsa da, yeni yoluxanların sayı azalıb. Bu da yaxşı xəbərdir. Avropada isə yoluxma halları artmaqdadır. Buna səbəb əhalinin sosial məsafə qaydalarına lazımınca əməl etməməsi və kütləvi tədbirlərin keçirilməsidir.

Rakus.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının mətbuat katibi Marqaret Harris deyib.

Onun sözlərinə görə, hazırda ölkələrin əksəriyyətində virusun yayılmasına səbəb əsasən insanların qaydaların tətbiqində boşluğa yol verməsidir: “Məlumdur ki, insanlar birlikdə çoxlu vaxt keçirirlər. Bu isə yoluxma riskini artırır. Xüsusilə qapalı məkanlarda insanların bir yerdə toplaşması doğru deyil. Çünki belə olan halda virus asanlıqla insandan-insana yoluxur. Virus infeksiyalarından qorunmağın əsas yolu gigiyenik qaydalara düzgün əməl etmək sayılır. Koronavirus pandemiyası ilə əlaqədar insanların qapalı və açıq məkanlarda kütləvi şəkildə toplaşması virusun yayılmasına təkan verən ən əsas məqamdır. Yoluxma hallarının qarşısını almaq üçün hər bir kəs şəxsi gigiyena qaydalarına əməl etməli və öz sağlamlığını qorumalıdır. COVID-19-dan qorunmaq üçün sosial məsafənin saxlanılması və əllərin yuyulması ən təsiredici gigiyenik üsul hesab olunur. Qapalı məkanın olması problem deyil. Əsas məsələ həmin məkanın necə ventilyasiya olunmasıdır. Əgər ventilyasiya pis işləyirsə, hava zəif sirkulyasiya etdiyindən insanların virusa yoluxma təhlükəsi daha yüksək olur. Yəni ventilyasiyası pis olan qapalı məkanda virusun daha çox qalma ehtimalı olduğundan insanlar infeksiyaya daha çox tutulurlar. Baş verənlərə daha ciddi və məsuliyyətli yanaşmaq lazımdır. Bununla yanaşı, koronavirusa qarşı ümidverici vaksinlər hazırlanır. Lakin buna baxmayaraq, peyvənd 6 aydan tez hazır olmayacaq. Əgər məsələyə ciddi yanaşmasaq, yeni çətinliklərlə üz-üzə qalmalı olacağıq. Yoluxma sayının daha da artması qaçılmaz olacaq”.

O, həmçinin deyib: “Uşaqların gigiyenik qaydalara əməl etməməsi də virusun yayılmasına şərait yaradır. 12 yaş və ondan böyük uşaqlar virusun çox yayıldığı və fiziki məsafənin mümkün olmadığı məkanlarda maska taxmaqla bağlı böyüklərə aid edilən tövsiyələrə əməl etməlidirlər. Yaşı 12-dən az olan uşaqların maska taxması ilə bağlı qərarı valideynlər verir. Biz başa düşürük ki, maska taxmaq nəfəs almaqda çətinlik yaradır. Lakin uşaqların sağlamlığını da nəzarətdə saxlamaq lazımdır. Yoluxma hallarının artım dinamikasından asılı olaraq şərtlər dəyişə bilər. Beş yaşadək uşaqlara maska taxılmasını tələb etməməyi məsləhət görürük. Bu, uşağın təhlükəsizliyinə və ümumi maraqlarına, eləcə də maskanı minimal yardımla lazımi qaydada istifadə etmək qabiliyyətinə əsaslanır. 6-11 yaşlı uşaqların virusun çox yayıldığı məkanlarda parça maska taxıb-taxmaması barədə qərar verərkən böyüklərin müşahidəsi və maskanı təhlükəsiz daşımaq imkanı kimi konkret amilləri nəzərə almaqla risk dəyərləndirməsinə əsaslanan yanaşma tətbiq etmək lazımdır.

Pandemiyadan əvvəlki dövrdə dünyada həkim çatışmazlığı ilə bağlı bəzi problemlər var idi. Lakin koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi məqsədilə modul tipli xəstəxanaların quraşdırılması həkimlərlə bağlı çatışmazlığın aradan qaldırılmasında mühüm rol oynayır. Koronavirus pandemiyası ilə bağlı səhiyyə xidmətlərini müasirləşdirmək və gücləndirmək istiqamətlərində atılan bütün addımları dəstəkləyirik. Əsas məqsəd insanları bu xəstəlikdən qorumaq və onların həyatını xilas etməkdir. Eyni zamanda, vurğulamaq istərdim ki, yeni açılan xəstəxanalarda koronavirusa yoluxmuş xəstələrin qəbulu və müalicəsi üçün hər cür şəraitin yaradılması zəruridir. Səhiyyə sahəsində islahatlar çərçivəsində əsas istiqamətlərdən biri də bir sıra yoluxucu xəstəliklərə qarşı mübarizə işini müvəffəqiyyətlə təşkil etməkdir. Virusa qarşı mübarizədə həmrəylik nümayiş etdirsək, ona uğurla qalib gələ biləcəyik”.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Back To Top
×Close search
Axtar