Türkiyə Prezident Administrasiyası Azərbaycan-Türkiyə arasındakı qardaşlıq münasibəti və Tovuz hadisələri barədə sənədli film hazırlayıb.
Rakus.az xəbər verir ki, ölkənin Kommunikasiya İdarəsinin yaydığı “Bir millət, iki dövlət” başlıqlı filmdə Azərbaycan və Türkiyə prezidentlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxışları, Ermənistanın 12 iyul tarixində Tovuz istiqamətində törətdiyi genişmiqyaslı təxribatdan sonra bölgədən görüntülər, bir sıra rəsmilərin və mülki şəxslərin fikirləri səsləndirilib.