Dünya 08.09.2020 10:21

Kaliforniya radiosunda erməni təxribatı müzakirəyə çıxarıldı

Kaliforniyanın San Dieqo şəhərində fəaliyyət göstərən, ABŞ-da nəşr olunan “Dağlarda qətl: Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” və “Erməni lobbisi və ABŞ-ın xarici siyasəti” kitablarının müəllifi amerikalı jurnalist Raul Kontreras (Raoul Contreras) özünün “The Contreras Report” radio proqramının sentyabr buraxılışında Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatı, Rusiyadan Ermənistana silah transferləri, ABŞ-dakı erməni lobbisinin məkrli fəaliyyətləri, 21 iyul tarixində Los Ancelesdə radikal erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər və digər məsələlər haqda dinləyicilərə məlumat verib.

Rakus.az xəbər verir ki, bu barədə Azerbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

Verilişdə müəllif 12 iyul 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın şimal-qərb sərhədində ölkəmizə qarşı hücuma keçdiyini, nəticədə 15 hərbçimizin və bir mülki şəxsin öldürüldüyünü və bir sıra yaşayış yerlərinin dağıdıldığını qeyd edir. Bu hərbi təxribatın baş verdiyi əraziyə diqqəti yönəldən R.Kontreras bunun Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə yox, oradan uzaqda olan Azərbaycan-Ermənistan sərhədində baş verdiyini bildirir.

ABŞ-dakı erməni daşnaklarının tarixindən danışan müəllif onların nasizmə rəğbət bəsləyən keçmişindən bəhs edərək, bu gün bu irqçi ideologiyanın daşnakların əsas lobbi qanadı olan Amerika Erməniləri Milli Komitəsi (ANCA) tərəfindən davam etdirildiyini vurğulayır. R.Kontreras ANCA-nın bir sıra ABŞ siyasətçilərini ələ aldığını və onların zaman-zaman bu yolla ABŞ-ın Azərbaycan ilə bağlı xarici siyasətinə müdaxilə etməyə çalışdıqlarını qeyd edir.

Rusiya-Ermənistan əlaqələrindən bəhs edən R.Kontreras Rusiyanın Ermənistan ərazisində böyük hərbi bazasının mövcud olduğunu, rusiyalı hərbçilərin Ermənistan sərhədlərini qoruduğunu dilə gətirir. Bundan başqa, Rusiyadan son günlərdə Ermənistana böyük həcmdə silah transferləri məsələsinə toxunan müəllif Azərbaycanın buna rəsmi səviyyədə etiraz bildirdiyini qeyd edir.

21 iyul hadisəsi haqda danışan müəllif Los Ancelesdəki Baş Konsulluğumuz qarşısında ANCA-nın təşkilatçılığı ilə aksiya keçirən çoxsaylı erməni daşnaklarının dinc azərbaycanlı nümayişçilərə hücum edərək, onlardan bir neçəsinə xəsarət yetirdiklərini bildirir və hazırda hadisənin polis tərəfindən nifrət zəminində törədilən cinayət maddəsi üzrə araşdırıldığını diqqətə çatdırır. Jurnalist hadisədən sonra Los Anceles merinin, habelə Simon Vizental Mərkəzi, Amerika Yəhudi Komitəsi, İsrail-Amerika Şurası və Anti-Defamasiya Liqası kimi nüfuzlu yəhudi təşkilatlarının həmvətənlərimizə qarşı həyata keçirilmiş zorakılığı qətiyyətlə pislədiklərini qeyd edir.

Radio verilişin tam versiyasını bu linkdə dinləmək mümkündür: https://the-contreras-report-an-hispanic-view-of-the-usa.castos.com/episodes/114-the-contreras-report-a-hispanic-view-of-the-usa

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO