Dünya 10.09.2020 13:00

Pandemiya uşaq ölümünü artırıb – ÜST

COVID-19 pandemiyası və səhiyyə sistemlərində bununla bağlı gərginliyin artması uşaq ölümü göstəricilərinin yüksəlməsinə gətirib çıxara bilər.

Rakus.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və BMT-nin Uşaq Fondunun (UNICEF) ekspertləri məlumat veriblər.

Məlumatda ictimai səhiyyə sektorunda resursların yenidən bölüşdürülməsi səbəbindən ana və uşaqların problemlərinə daha az diqqət yetirildiyi vurğulanıb.

Ölkələrin 63 faizində prenatal skrininqlərin tezliyi və keyfiyyəti aşağı düşüb, 68 faizində isə bir çox uşaqlara vaxtında lazımi peyvəndlər vurulmayıb. Ölkələrin yarısından çoxunda həkimlərin xəstə uşaqları müalicə etmək imkanının olmaması müəyyən edilib.
“Dünya birliyi uşaq ölümünə qarşı mübarizədə çox irəli gedib. Koronavirus pandemiyası bu irəliləyişin qarşısını almamalıdır. Sistemin həddindən artıq yüklənməsi səbəbindən uşaqlara lazımi tibbi xidmət göstərilməyəndə, yoluxma təhlükəsi səbəbindən hamilə qadınlar xəstəxanalara getməyəndə, təbii ki, onlar da koronavirusun qurbanlarına çevrilirlər”, – UNICEF-in rəhbəri Henrietta For bəyan edib.

UNICEF və ÜST-də 2019-cu ildə 5 yaşadək olan uşaqlar arasında ölüm göstəricisinin rekord dərəcədə aşağı olması diqqətə çatdırılıb. Müxtəlif xəstəliklər nəticəsində dünyada 5,2 milyon azyaşlı uşağın öldüyü bildirilir. 1990-cı ildə bu rəqəm, demək olar ki, 2,5 dəfədən çox olub. O zaman 12,5 milyon beş yaşadək olan uşaq həyatını itirib.

Mütəxəssislər qeyd edirlər ki, səhiyyə sahəsində prenatal diaqnostika, vaxtından əvvəl doğulmuş uşaqlara və aşağı çəkili yenidoğulmuşlara qulluq, neonatal sepsisin müalicəsi, həmçinin pnevmoniya, malyariya və ishal kimi xəstəliklərin müalicəsində xidmət keyfiyyətinin artırılması hesabına son 30 ildə milyonlarla uşağın həyatını xilas etmək mümkün olub. Uşaq ölümlərinin qarşısının alınmasında peyvəndlər də mühüm rol oynayıb.

Cons Hopkins Universitetinin mütəxəssislərinin hesablamalarına görə, hər gün dünyada ölən uşaqların sayı koronavirus pandemiyası dövrünədək olan göstəricidən altı min çoxdur. Bu baxımdan illik göstəricinin 200 mindən çox olacağı bildirilir.

UNICEF və ÜST beynəlxalq ictimaiyyəti milyonlarla uşaq ölümünün qarşısını almaq üçün mümkün olan hər şeyi etməyə çağırır. “Əgər bu gün həddən artıq yüklənmiş səhiyyə sistemlərinə təcili vəsait yatırılmasa, beş yaşınadək olan milyonlarla uşaq, xüsusilə də yeni doğulmuş körpələr məhv olacaq”, –  Henrietta For xəbərdarlıq edib.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO