Dünya 12.09.2020 10:17

Ümumdünya İlk Tibbi Yardım Günüdür

2000-ci ildən etibarən hər il sentyabrın ikinci şənbəsi Ümumdünya İlk Tibbi Yardım Günü kimi qeyd olunur.

Rakus.az xəbər verir ki, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatına üzv ölkələrin təşəbbüsü ilə təsis edilən həmin günün yaranma tarixi 1881-ci il dekabrın 8-də Vyana şəhərində teatr binasında baş verən güclü yanğınla əlaqədardır. Yanğın zamanı həlak olanların sayı çox olduğuna görə tibbi yardım göstərilməsində problemlər yaranır. İlk dəfə Vyanada müstəqil təcili tibbi yardım xidmətinin yaradılması qərara alınır.

Daha sonra Berlin və Londonda da təcili tibbi yardım briqadaları fəaliyyət göstərməyə başlayır.

İlkin tibbi yardımın məqsədi zərərçəkənin həyatını xilas etməklə yanaşı, sadə tibbi tədbirlər görməklə onun ağrılarını azaltmaq və mümkün ağırlaşmaların qarşısını almaqdır. Əlbəttə ki, bu sahədə tibb işçiləri yardım göstərirlər, lakin polis əməkdaşları və xilasedicilər də onlara kömək etməlidirlər.

Həyat göstərir ki, təcili tibbi yardıma əksər hallarda qəflətən ehtiyac yaranır. Bəzən vaxt qıtlığı səbəbindən bu yardımın tibbi təhsili olmayanlar tərəfindən yerinə yetirilməsi lazım gəlir. Ona görə də vaxtın hər anının dəyərli olduğu məqamlarda tez və qətiyyətli hərəkət etmək lazımdır.

Dünya Səhiyyə Təşkilatının hesablamalarına əsasən, hər il dünyada baş verən yol qəzaları, yanıqlar, hündürlükdən düşmələr, boğulma kimi hadisələrin 10 faizi ölüm, 15 faizi isə əlilliklə nəticələnir. Həmin hadisələr zamanı ölənlərin əksəriyyətini 15-45 yaş arasında olan insanlar təşkil edir.

Ölkəmizdə ilk təcili tibbi yardım xidmətinin əsası 1922-ci ildə qoyulub. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra ölkədə təcili tibbi yardım xidmətinin inkişafına böyük diqqət göstərilməyə başlanılıb. Xüsusilə də son illər təcili tibbi yardım avtomobilləri parkı yenilənir, müasir tibbi avadanlıqları olan nəqliyyat vasitələri əhaliyə xidmət üçün istismara buraxılır. Eyni zamanda, dərman təchizatı ildən-ilə yaxşılaşdırılır, çeşid genişləndirilir, tibbi heyət müasir uniforma ilə təchiz edilir, həkim və orta tibb işçilərinin peşəkarlığı daha da artırılır.

Statistikaya əsasən, ölkəmizdə 79 təcili tibbi yardım stansiyası fəaliyyət göstərir və ötən il ərzində həmin müəssisələrdə 1 milyon 725 mindən çox xəstəyə ilkin tibbi yardım göstərilib. Ötən il kənd yerlərində 1775 tibb məntəqəsinə 2 milyon 586 mindən çox müraciət daxil olub.

Təcili yardım xidməti həmişə hadisə yerinə vaxtında yetişə bilmir. Ona görə də xilasedicilər gələnə qədər zərərçəkənə ilkin tibbi yardım göstərilməsi həlledici rol oynayır. Anlamalıyıq lazımdır ki, heç kim bədbəxt hadisədən sığortalanmayıb və zərərçəkənin yerində hər kəs ola bilər.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO